Официальный интернет-портал Азербайджанской государственной морской академии. Портал функционирует в соответствии с установленными требованиями к государственным информационным ресурсам.

Часто задаваемые вопросы Контакты
Эта страница ещё не переведена на русский язык
Факультет

Gəmi mexanikası və elektromexanikası fakültəsi

“GƏMİ MEXANİKASI VƏ ELEKTROMEXANİKASI” FAKÜLTƏSİ

“Gəmi mexanikası və elektromexanikası” fakültəsi dənizçilik sahəsində bakalavriat, magistratura və doktorantura təhsil səviyyələrində aşağıdakı ixtisaslar üzrə mütəxəssis hazırlığını aparır:

                **BAKALAVRİAT:** 
  • Gəmi energetik qurğularının istismarı mühəndisliyi

  • Elektrik və elektronika mühəndisliyi

                  **MAGISTRATURA****:**  
    
  • Dəniz texnikası və avadanlıqlarının istismarı mühəndisliyi

     İxtisaslaşma: Gəmi energetik qurğuları və onların istismarı  
    
  • Elektrik və elektronika mühəndisliyi

    İxtisaslaşma:
    
    1. Gəmilərin elektrik təchizatı sistemləri

    2. Gəmilərin elektrik avadanlığı və avtomatikası

      **DOKTORANTURA:**
      
  • Gəmiçilik texnikası

Əyani şöbənin bakalavr pilləsi üzrə təhsil müddəti 4 il, magistratura pilləsi üzrə 2 ildir.

Fakültənin tərkibinə aşağıdakı kafedralar daxildir:

  • Gəmi energetik qurğuları
  • Gəmi elektroavtomatikası
  • Tətbiqi mexanika

Fakültədə tədris prosesində 5 - t.e.d. professor, 21 - t.ü.f.d. dosent, 21 – baş müəllim, 7 – assistent, 2 – baş laborant, 1 – laborant, 1 – laboratoriya müdiri və 1 – tədris ustası iştirak edirlər.

Fakültə yarandığı gündən Beynəlxalq Dənizçilik Təşkilatının “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” Beynəlxalq Konvensiyayasının tələblərinə uyğun olaraq təhsilini qurmuşdur. Bu məqsədlə bütün ixtisaslar üzrə baza təhsil proqramları, tədris planları və təhsilin dövlət standartları hazırlanmış və müvafiq qaydada təsdiq olunmuşdur.

Fakültənin dekanı: Əsgərov Rafiq Xəlil oğlu

Texnika üzrə fəlsəfə doktoru, dosent

Tel.: (+99450) 278 06 02

E-mail: [email protected]