The official web portal of the Azerbaijan State Marine Academy. The portal operates in accordance with the established requirements for state information resources.

Under ASCO
Programme

Elektrik təchizatı (su nəqliyyatında)

Gəmi və liman elektrik avadanlığının istismarı üzrə orta ixtisas hazırlığı

  • DegreeAssociate Degree
  • Duration2 years
  • Mode of studyFull-time
  • Kredit120 ECTS
  • Code040515
  • İllik təhsil haqqı1200 AZN
  • Tam orta1 baza
This page has not been translated into English yet

İxtisas haqqında

“Elektrik təchizatı (su nəqliyyatında)” ixtisası üzrə subbakalavr pilləsində mütəxəssis hazırlığı Azərbaycan Respublikasının üzv olduğu Beynəlxalq Dəniz Təşkilatının (BDT-İMO) “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” 1978-ci il tarixli (DHDNÇ əlavələr edilmiş) Beynəlxalq Konvensiyanın (A-III/6 qaydasının) tələblərinə uyğun olaraq həyata keçirilir.

Bu ixtisas üzrə təhsil alan tələbələr ixtisasın peşə fənləri ilə yanaşı gəmidə növbəçəkmə və gəmi elektriki hazırlığı, gəmi avtomatlaşdırılmış elektroenergetika sistemləri, gəmi avtomatlaşdırılmış elektrik intiqalı, gəmi energetik və elektrik qurğularının avtomatik idarə sistemləri, elektrik avadanlığının diaqnostikası və gəmi elektrik avadanlığının texniki istismarını öyrənirlər.

Bu ixtisası uğurla bitirən məzunlar beynəlxalq səfərlər həyata keçirən gəmilərdə elektrik mexaniki vəzifəsində çalışa bilirlər.

Praktiki hazırlıq və təcrübə

Tələbələrinin istehsalat təcrübəsi 20 həftə təşkil edir.

Məzun olanda nə bacaracaqsan?

• Gəmi elektrik avadanlıqlarını təhlükəsiz istismar və təmir etməyi;

• Avtomatlaşdırılmış sistemlərin və elektrik intiqallarının nasazlıqlarını aradan qaldırmağı;

• Beynəlxalq gəmilərdə peşəkar elektrik mexaniki kimi növbə çəkməyi.

Harada işləyə bilərsən?

Məzunlar texnik vəzifələrində çalışa bilər:

-gəmilərdə elektrik avadanlığı üzrə -liman və dəniz terminallarında -gəmi təmiri müəssisələrində -elektrik təchizatı xidmətlərində

Beynəlxalq standartlar

Mütəxəssis hazırlığı Beynəlxalq Dəniz Təşkilatının (IMO) «Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair» 1978-ci il Beynəlxalq Konvensiyasının (STCW) A-III/6 qaydasının tələblərinə uyğun aparılır: məzun beynəlxalq səfərlər edən gəmilərdə elektrik mexaniki vəzifəsində çalışa bilir.

Təhsil Nazirliyinin 040515 «Elektrik təchizatı (sahələr üzrə)» təhsil proqramı ümumi ixtisas proqramıdır; su nəqliyyatı üzrə hazırlıq Kollecin tədris planındadır.

Frequently Asked Questions