The official web portal of the Azerbaijan State Marine Academy. The portal operates in accordance with the established requirements for state information resources.

Under ASCO
Admissions

Onlayn müraciət

Ərizəni hansı sistemdə verəcəyiniz pillədən asılıdır: kollec, bakalavriat və magistraturaya — DİM-də, doktorantura və təkrar ali təhsilə — portal.edu.az-da, əcnəbilər — Akademiyaya. Qəbulla bağlı sualınızı isə buradan birbaşa Akademiyaya yaza bilərsiniz.

  • SualOnlayn forma: «Qəbul məsələləri»
  • CavabE-poçtla
This page has not been translated into English yet

Hara müraciət etməli

Pillə Harada Nə vaxt Ətraflı
Kollec (subbakalavr) DİM: elektron ərizə Fevral–mart (11 illik baza); avqust — ixtisas seçimi Kollecə qəbul
Bakalavriat DİM: elektron ərizə Fevral–mart Bakalavriata qəbul
Magistratura DİM: elektron ərizə Yanvar; növbəti imtahanlar üçün aprel, may Magistraturaya qəbul
Doktorantura portal.edu.az May–iyun Doktoranturaya qəbul
Təkrar ali təhsil portal.edu.az İyun–avqust Təkrar ali təhsil
Əcnəbi vətəndaşlar Akademiya: e-poçt və müsahibə Qəbul elanından sonra Əcnəbi vətəndaşların qəbulu

DİM-də ərizədən əvvəl şəxsi kabinet yaradılır. Dəqiq tarixlər hər il DİM-in və Akademiyanın qəbul elanında açıqlanır.

Qəbul olunduqdan sonra

Kollecə, bakalavriata və magistraturaya qəbul olunanlar Elm və Təhsil Nazirliyinin qeydiyyat xidmətində (my.gov.az) qeydiyyatdan keçir, sonra sənədlərini Akademiyaya təqdim edir. Qeydiyyatdan keçməyən abituriyent qəbul olunmamış sayılır. Sənədlərin siyahısı: Bakalavriata qəbul, Magistraturaya qəbul.

Akademiyaya sual

Qəbul qaydaları, sənədlər, ixtisas seçimi və ya yataqxana barədə sualınızı «Vətəndaşların müraciəti» formasında göndərin — forma «Qəbul məsələləri» istiqaməti seçilmiş açılır. E-poçtunuzu bir dəfəlik linklə təsdiqləyirsiniz, cavab e-poçtunuza göndərilir.

Sual göndər →

Frequently Asked Questions