The official web portal of the Azerbaijan State Marine Academy. The portal operates in accordance with the established requirements for state information resources.

Under ASCO
Admissions

Kollecə qəbul (subbakalavr)

Akademiyanın nəzdindəki Azərbaycan Dənizçilik Kolleci dəniz nəqliyyatı üçün subbakalavr təhsil pilləsi üzrə (orta ixtisas) mütəxəssis hazırlığı aparır. Qəbul Dövlət İmtahan Mərkəzi xətti ilə tam orta təhsil bazasından (11 illik) aparılır.

  • Təhsil bazası11 illik
  • QəbulDİM, buraxılış imtahanının nəticəsi ilə
  • Təhsil formasıƏyani
  • Tədris diliAzərbaycan
This page has not been translated into English yet

Admission Pathway

11 illik baza (tam orta təhsil)

  1. Fevral–martDİM

    Elektron ərizə

    ekabinet.dim.gov.az-da şəxsi kabinet yaradın, sonra «Abituriyentin elektron ərizəsi»ni doldurub təsdiqləyin. Cari ilin məzunları ərizəni özləri təsdiqləyir. Ərizəsini təsdiqləməyən abituriyent müsabiqəyə buraxılmır.

    DİM: elektron ərizə
  2. Mart–aprelDİM

    Buraxılış (qəbul) imtahanı

    Azərbaycan (rus) dili, riyaziyyat və xarici dil — hər biri 100, cəmi 300 bal. Cari ilin məzunları kollecə qəbul üçün əlavə imtahan vermir. 11-ci sinfin buraxılış imtahanının nəticəsi əsas götürülür. Nəticə 2 il qüvvədədir. Əvvəlki illərin məzunları isə imtahanı DİM tərəfindən təyin olunmuş tarixdə verir.

  3. Avqustun sonu – sentyabrın əvvəliDİM

    İxtisas seçimi

    İxtisas seçiminə ümumi balı 50-dən, Azərbaycan (rus) dili və riyaziyyat üzrə hər biri 10-dan az olmayan abituriyentlər buraxılır. Tam orta təhsil bazasından plan yerləri həm dövlət hesabına, həm də ödənişli əsaslarladır.

  4. SentyabrDİM, kollec

    Yerləşdirmə və qeydiyyat

    Kollecə qəbul olan abituriyent 10 iş günü ərzində kollec üzrə elektron qeydiyyatdan keçməlidir. Qeydiyyatdan keçməyən abituriyent təhsil almaqdan imtina etmiş sayılır.

Programmes, Places and Fees

ProgrammeLanguage of instructionPlaces 2026/27Tuition FeePassing Score
Elektrik təchizatı (su nəqliyyatında)040515AZ40state-funded 15 · fee-paying 251200 AZN/yearfee-paying: 68.32026
Gəmi energetik qurğularının istismarı040520AZ40state-funded 15 · fee-paying 251200 AZN/yearfee-paying: 84.82026
Gəmi sürücülüyü040521AZ40state-funded 15 · fee-paying 251200 AZN/yearfee-paying: 103.32026
Gəmilərin təmiri040522AZ25state-funded 10 · fee-paying 151200 AZN/yearfee-paying: 522026

Kollec kimlər üçündür

Kollecə qəbul tam orta təhsil (11 illik) bazasından dənizçilik sahəsi üzrə orta ixtisas təhsili almaq və qısa müddətdə peşəkar kadra çevrilmək istəyən şəxslər üçün nəzərdə tutulmuşdur. Dörd ixtisas üzrə gəmi sürücülüyü, gəmi energetik qurğularının istismarı, elektrik təchizatı və gəmilərin təmiri öyrədilir. İxtisasların siyahısı, yer sayı və təhsil haqqı aşağıdakı cədvəldədir.

Kollec Akademiyanın struktur bölməsidir — ətraflı: Azərbaycan Dənizçilik Kolleci.

Qəbul necə aparılır

Kolleclərə qəbulu Dövlət İmtahan Mərkəzi aparır. Akademiya ayrıca imtahan keçirmir.

  • 11 illik baza (tam orta təhsil): müsabiqə Azərbaycan (rus) dili, riyaziyyat və xarici dil üzrə imtahanın nəticəsi ilə aparılır (maksimal bal 300). Cari ilin məzunlarının buraxılış imtahanı nəticəsi götürülür, əvvəlki illərin məzunları imtahanı yenidən verir və ya ötən ilin nəticəsindən istifadə edir — nəticə 2 il qüvvədədir.
  • Yerləşdirmə elektron ixtisas seçimi ərizəsində yazdığınız ardıcıllıqla aparılır: keçdiyiniz ilk seçimə yerləşirsiniz.

Dəqiq tarixlər hər il DİM-in qəbul elanında açıqlanır.

2026/2027-ci tədris ili: qəbulun nəticələri

İxtisas Təhsil müddəti İllik təhsil haqqı Ən yüksək bal Minimal keçid balı
040521 Gəmi sürücülüyü 2 il 1200 AZN 194,2 103,3
040520 Gəmi energetik qurğularının istismarı 2 il 1200 AZN 186,4 84,8
040515 Elektrik təchizatı (su nəqliyyatında) 2 il 1200 AZN 153,2 68,3
040522 Gəmilərin təmiri 2 il 1200 AZN 146,3 52

Ballar 300 ballıq şkala üzrədir: Azərbaycan (rus) dili, riyaziyyat və xarici dil.

Kollecdən sonra

Kolleci bitirən subbakalavrlar dənizdə və ya sahildə işləyə, daha sonra Akademiyanın bakalavr təhsil pilləsinə qəbul ola bilər. Subbakalavr diplomu ilə Akademiyaya qəbul olunanlar qeydiyyatda diplom və əlavəsini, iş yerindən arayışı və dənizçinin tibbi kitabçasının surətini təqdim edir. Ətraflı: Bakalavriata qəbul.

Frequently Asked Questions