Gəmi energetik qurğularının istismarı
Gəmi mühərrikləri və maşın sistemlərinin istismarı üzrə orta ixtisas hazırlığı
- DegreeAssociate Degree
- Duration2 years
- Mode of studyFull-time
- Kredit120 ECTS
- Code040520
- İllik təhsil haqqı1200 AZN
- Tam orta1 baza
İxtisas haqqında
“Gəmi energetik qurğularının istismarı” ixtisası üzrə subbakalavr pilləsində mütəxəssis hazırlığı Azərbaycan Respublikasının üzv olduğu Beynəlxalq Dəniz Təşkilatının (BDT-İMO) “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” 1978-ci il tarixli (DHDNÇ əlavələr edilmiş) Beynəlxalq Konvensiyanın (A-III/1 qaydasının) tələblərinə uyğun olaraq həyata keçirilir. Bu ixtisas üzrə subbakalavr pilləsində təhsil alan tələbələr gəmi dizellərinin, buxar qazanlarının, köməkçi mexanizmlərin, sistemlərin konstruktiv xüsusiyyətlərini, onların iş prinsiplərini, yanacaq və yağlayıcı materialların fiziki - kimyəvi xassələrini, nasos və boru sistemlərinin istismar qaydalarını və onlara edilən texniki xidməti, eləcə də gəmi energetik qurğularının istismarına aid olan digər sahələr üzrə bilikləri öyrənir.
Bu ixtisası uğurla bitirən məzunlar beynəlxalq səfərlər həyata keçirən gəmilərdə növbə mexaniki vəzifələrində çalışa bilirlər.
Praktiki hazırlıq və təcrübə
Tələbələrinin istehsalat təcrübəsi 20 həftə təşkil edir.
Məzun olanda nə bacaracaqsan?
• Gəmi dizellərini, buxar qazanlarını və köməkçi mexanizmləri idarə etməyi;
• Nasos, boru sistemlərinə və aqreqatlara texniki xidmət göstərməyi;
• Xarici səfərlər edən gəmilərdə peşəkar növbə mexaniki işləməyi.
Harada işləyə bilərsən?
Məzunlar texnik və motorçu vəzifələrində çalışa bilər:
-gəmilərdə maşın komandası üzvü kimi -gəmi təmiri zavodlarında -liman texniki xidmətlərində -sənaye avadanlığının istismarı sahəsində
Beynəlxalq standartlar
Təhsil proqramı Beynəlxalq Dəniz Təşkilatının (IMO) «Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair» 1978-ci il Beynəlxalq Konvensiyasının (STCW, A-III/1 və A-III/2 bölmələri) tələblərinə uyğun hazırlanıb.
Nəzərə alınan digər sənədlər:
- MARPOL 73/78: dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınması
- SOLAS-74: dənizdə insan həyatının təhlükəsizliyi
- «Dəniz nəqliyyatı gəmilərində xidmət Nizamnaməsi»
- IMO-nun 7.02 və 7.04 model kursları
Mütəxəssis hazırlığı STCW-nin A-III/1 qaydasına uyğundur: məzun beynəlxalq səfərlər edən gəmilərdə növbə mexaniki vəzifəsində çalışa bilir.

