Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

Fakültə

Gəmi sürücülüyü fakültəsi

- GƏMİ SÜRÜCÜLÜYÜ FAKÜLTƏSİ -

“Gəmi sürücülüyü” fakültəsi dənizçilik sahəsində bakalavriat, magistratura və doktorantura təhsil səviyyələrində aşağıdakı ixtisaslar üzrə mütəxəssis hazırlığını aparır:

BAKALAVRİAT:

  • Dəniz naviqasiyası mühəndisliyi;
  • Gəmiqayırma və gəmi təmiri mühəndisliyi;

MAGISTRATURA:

  • Gəmiçilik və gəmilərin hərəkətinin idarə edilməsi

      İxisaslaşma: Gəmilərin hərəkətinin idarə edilməsi
    
  • Dəniz texnikası və texnologiyası mühəndisliyi

      İxisaslaşma: 1. Gəmiqayırma
    
                            2. Gəmi təmiri
    

DOKTORANTURA:

  • Gəmiçilik və su nəqliyyatının istismarı;
  • Gəmiqayırma və gəmi təmiri texnologiyası

Əyani şöbənin bakalavr pilləsi üzrə təhsil müddəti 4 il, magistratura pilləsi üzrə 2 ildir.

Fakültənin tərkibinə aşağıdakı kafedralar daxildir:

  • Dəniz naviqasiyası
  • Gəmiqayırma və gəmi təmiri
  • Humanitar fənnlər
  • İngilis dili

Fakültədə tədris prosesinə 7 professor, 12 dosent, 24 baş müəllim, 9 assistent , 2 laboratoriya müdiri, 6 baş laborant və 1 tədris ustası və istehsalatdan dəvət olunmuş yüksək səviyyəli mütəxəssislər cəlb olunurlar.

Fakültə yarandığı gündən Beynəlxalq Dənizçilik Təşkilatının “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” Beynəlxalq Konvensiyayasının tələblərinə uyğun olaraq təhsilini qurmuşdur. Bu məqsədlə bütün ixtisaslar üzrə baza təhsil proqramları, tədris planları və təhsilin dövlət standartları hazırlanmış və müvafiq qaydada təsdiq olunmuşdur.

Fakültənin dekanı: Abbasov Elnur Oruc oğlu

texnika üzrə fəlsəfə doktoru, dosent

Tel.: (+99450) 278 06 76

E-mail: [email protected]