Dəniz naviqasiyası kafedrası
1996-cı ildə yaradılıb
- FakültəGəmi sürücülüyü fakültəsi
- İxtisas3
- Əməkdaş15
- Telefon(012) 4043700, daxili 3243
- Qəbul saatlarıII - IV, 11:00 – 13:00
Kafedranın missiyası
SOLAS, MARPOL kimi beynəlxalq konvensiyaları dərindən bilən, müasir elektron xəritə və naviqasiya (ECDIS, Radar/ARPA) sistemlərini sərbəst idarə edən, qəza hallarına hazırlıqlı peşəkar gəmi sürücüləri (ştourmanlar) yetişdirməkdir.
Kafedra haqqında
Dəniz naviqasiyası kafedrasında “Dəniz naviqasiyası mühəndisliyi” ixtisası üzrə kadrların yüksək akademik standartlara və beynəlxalq tələblərə (STCW-78) uyğun şəkildə nəzəri, praktiki və trenajor hazırlığını rəqəmsal mühitdə həyata keçirilir. Kafedra tələbələrə simulyasiya mərkəzlərində real şəraitə yaxın təlim imkanları yaradaraq onların peşəkar kompetensiyalarını inkişaf etdirir. Eyni zamanda, beynəlxalq dəniz konvensiyaları və standartları əsasında hazırlanmış proqramlar məzunların qlobal əmək bazarında rəqabət qabiliyyətini təmin edir. Təcrübəli professor-müəllim heyəti və innovativ yanaşmalar sayəsində tələbələr analitik düşüncə, qərarvermə və liderlik keyfiyyətlərini inkişaf etdirirlər. Nəticə etibarilə, bu ixtisas üzrə hazırlanan mütəxəssislər müasir dəniz nəqliyyatı sektorunun tələblərinə cavab verən yüksək ixtisaslı kadrlar kimi formalaşırlar. Əlavə olaraq kafedranın elmi-tədqiqat fəaliyyəti “Gəmilərin təhlükəsiz hərəkətinin təmin olunması üçün yeni texnologiyaların işlənib hazırlanması və tədqiqi” mövzusu üzrə həyata keçirilir. Bu istiqamət dəniz nəqliyyatında təhlükəsizliyin artırılması, naviqasiya risklərinin azaldılması və müasir texnologiyaların tətbiqi əsasında idarəetmə proseslərinin təkmilləşdirilməsinə yönəlmişdir.
Fəaliyyət sahəsi
· İxtisas fənləri üzrə mühazirə, məşğələ və trenajor dərslərinin təşkili, sillabusların EMPRO sisteminə daxil edilməsi.
· Tələbələrin diplomqabağı təcrübələrinin (kapitan körpüsündə iş, naviqasiya avadanlıqları, qəza partiyaları) təşkili və qiymətləndirilməsi.
· Buraxılış Yekun Dövlət Attestasiyası (YDA) çərçivəsində nəzəri (istismar səviyyəsi) və praktiki (idarəetmə səviyyəsi) dövlət imtahanlarının təşkili və keçirilməsi.
· Elmi-tədqiqat işlərinin (ETİ) aparılması və tələbələrin bu prosesə cəlb edilməsi.
Xidmətlər
Tələbə və əməkdaşlara göstərilən xidmətlər:
· Tələbələrin sərbəst və müstəqil işlərinə, kurs layihələrinə və buraxılış işlərinə metodiki rəhbərlik.
· EMPRO platforması (Elektron Jurnal) vasitəsilə davamiyyət və cari qiymətləndirmə qeydiyyatının aparılması.
· Tədris və elmi-tədqiqat işlərinin "StrikePlagiarism" vasitəsilə antiplagiat yoxlanışı.
İxtisaslar
Görülmüş işlər və nəticələr
· Rəqəmsallaşma: Kafedranın bütün tədris materialları (dərsliklər, mühazirələr) Elektron Kitabxanaya yüklənmiş və elektron sənəd dövriyyəsi (ESD) tam tətbiq edilmişdir.
· Praktiki Hazırlıq: Tələbələr ASCO gəmilərində STCW standartlarına uyğun 52 həftəlik üzmə təcrübəsini uğurla keçmişlər.
· Elmi fəaliyyət: Hazırlanan elmi məqalələr və dərsliklərin orijinallığı I oxşarlıq əmsalı ilə 50% limitinin altında saxlanılmışdır. Tədqiqatlar barədə ADDA Elmi Fəaliyyət bölməsindən tanış ola bilərsiniz.
Strateji hədəflər üzrə öhdəliklər
· Sənaye-Akademiya İnteqrasiyası: Simulyator təlimlərini "Smart Navigation" konsepsiyasına uyğunlaşdırmaq və gəmiçilik şirkətləri ilə müştərək tədqiqatlar aparmaq.
· Keyfiyyət Təminatı: Daxili Audit Komissiyası vasitəsilə kafedranın tədris fəaliyyətini mütəmadi qiymətləndirmək və elektron sistem üzərindən CAPA tədbirləri icra etmək.

