Kollecdə təhsil və ixtisaslar
Kollecdə təhsil subbakalavr təhsil pilləsi üzrə aparılır, qəbul yalnız dənizçilik ixtisaslarına olur. Təhsil proqramları Beynəlxalq Dəniz Təşkilatının STCW Konvensiyasının tələblərinə uyğun hazırlanıb, hər proqram 2 il və 120 AKTS kreditdir.
- Təhsil pilləsiSubbakalavr (orta ixtisas)
- Müddət2 il, 120 AKTS
- İxtisas4
- KeyfiyyətISO 9001:2015
Hal-hazırda Kollecdə yalnız dənizçilik sahəsi üzrə ixtisaslara qəbul aparılır. Təhsil proqramları və tədris planları Beynəlxalq Dəniz Təşkilatının (IMO) «Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair» Beynəlxalq Konvensiyasının (STCW) tələblərinə uyğun olaraq hazırlanmışdır.
İxtisaslar, plan yerləri və təhsil haqqı
| İxtisas | Tədris dili | Plan yerləri 2026/27 | Təhsil haqqı | Keçid balı |
|---|---|---|---|---|
| Elektrik təchizatı (su nəqliyyatında)040515 | AZ | 40ödənişsiz 15 · ödənişli 25 | 1200 AZN/il | ödənişli: 68,32026 |
| Gəmi energetik qurğularının istismarı040520 | AZ | 40ödənişsiz 15 · ödənişli 25 | 1200 AZN/il | ödənişli: 84,82026 |
| Gəmi sürücülüyü040521 | AZ | 40ödənişsiz 15 · ödənişli 25 | 1200 AZN/il | ödənişli: 103,32026 |
| Gəmilərin təmiri040522 | AZ | 25ödənişsiz 10 · ödənişli 15 | 1200 AZN/il | ödənişli: 522026 |
İxtisaslar
| Şifrə | İxtisas | STCW tələbi | Məzunun vəzifəsi |
|---|---|---|---|
| 040521 | Gəmi sürücülüyü | II/1 qaydası | növbə köməkçisi |
| 040520 | Gəmi energetik qurğularının istismarı | A-III/1 qaydası | növbə mexaniki |
| 040515 | Elektrik təchizatı (su nəqliyyatında) | A-III/6 qaydası | elektrik mexaniki |
| 040522 | Gəmilərin təmiri | konkret qayda göstərilməyib | texnik-usta, qaynaqçı, çilingər |
040521 Gəmi sürücülüyü
«Gəmi sürücülüyü» ixtisası üzrə subbakalavr pilləsində mütəxəssis hazırlığı Azərbaycan Respublikasının üzv olduğu Beynəlxalq Dəniz Təşkilatının (BDT-İMO) «Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair» 1978-ci il tarixli (DHDNÇ, əlavələr edilmiş) Beynəlxalq Konvensiyanın II/1 qaydasının tələblərinə uyğun olaraq həyata keçirilir.
Tələbələr gəmi sürücülüyünün naviqasiya təminatını, gəminin idarə və manevr edilməsinin əsaslarını, o cümlədən suda olan adamın xilas edilməsi, lövbərə durma və körpüyə yanalma əməliyyatları zamanı manevretmə bacarığını, RADAR-la müşahidə və təsvir-trenajor hazırlığına dair bilikləri öyrənir. Tədris prosesi ixtisaslaşdırılmış auditoriyalarda və tədris gəmisində təşkil olunur.
Məzunlar beynəlxalq səfərlər həyata keçirən gəmilərdə növbə köməkçisi vəzifələrində çalışa bilirlər.
040520 Gəmi energetik qurğularının istismarı
Mütəxəssis hazırlığı STCW Konvensiyasının A-III/1 qaydasının tələblərinə uyğun olaraq həyata keçirilir.
Tələbələr gəmi dizellərinin, buxar qazanlarının, köməkçi mexanizmlərin, sistemlərin konstruktiv xüsusiyyətlərini, onların iş prinsiplərini, yanacaq və yağlayıcı materialların fiziki-kimyəvi xassələrini, nasos və boru sistemlərinin istismar qaydalarını və onlara edilən texniki xidməti, eləcə də gəmi energetik qurğularının istismarına aid digər sahələr üzrə bilikləri öyrənir. Tədris prosesi ixtisaslaşdırılmış auditoriyalarda və tədris gəmisində təşkil olunur.
Məzunlar beynəlxalq səfərlər həyata keçirən gəmilərdə növbə mexaniki vəzifələrində çalışa bilirlər.
040515 Elektrik təchizatı (su nəqliyyatında)
Mütəxəssis hazırlığı STCW Konvensiyasının A-III/6 qaydasının tələblərinə uyğun olaraq həyata keçirilir.
Tələbələr ixtisasın peşə fənləri ilə yanaşı gəmidə növbəçəkmə və gəmi elektriki hazırlığını, gəmi avtomatlaşdırılmış elektroenergetika sistemlərini, gəmi avtomatlaşdırılmış elektrik intiqalını, gəmi energetik və elektrik qurğularının avtomatik idarə sistemlərini, elektrik avadanlığının diaqnostikasını və gəmi elektrik avadanlığının texniki istismarını öyrənirlər. Tədris prosesi ixtisaslaşdırılmış auditoriyalarda və tədris gəmisində təşkil olunur.
Məzunlar beynəlxalq səfərlər həyata keçirən gəmilərdə elektrik mexaniki vəzifəsində çalışa bilirlər.
040522 Gəmilərin təmiri
Tələbələr ümumpeşə hazırlığı fənləri ilə yanaşı gəmilərin quruluşunu, üzmə keyfiyyətlərini, gəmi gövdəsinin konstruksiyalarını, gövdə konstruksiyalarının qaynaq texnologiyasını, gövdənin korroziyadan mühafizə tədbirlərini və gəmi təmiri texnologiyasını öyrənirlər. Tədris prosesi ixtisaslaşdırılmış auditoriyalarda təşkil olunur.
Məzunlar gəmiqayırma və gəmi təmiri zavodlarında, tərsanələrdə və liman müəssisələrində gəmi gövdəsi, mühərrik və mexanizmlərin təmiri üzrə texnik-usta, qaynaqçı və ya çilingər kimi işləyə bilərlər. Onlar həmçinin dəniz nəqliyyatı şirkətlərində gəmilərin texniki vəziyyətinə nəzarət edən texniki heyət üzvü kimi fəaliyyət göstərə bilirlər.
Tədrisin hüquqi əsası
Kollecdə təhsil subbakalavr təhsil pilləsi üzrə aparılır və «Təhsil haqqında» Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq edilmiş «Orta ixtisas təhsil pilləsinin dövlət standartı və proqramı»na, «Orta ixtisas təhsili üzrə ixtisasların təsnifatı»na, «Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili qaydaları»na uyğun təşkil olunur.
Subbakalavr üzrə təhsil proqramları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.04.2020-ci il tarixli 140 nömrəli qərarı ilə təsdiq edilmiş «Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı»na uyğun olaraq Təhsil Nazirliyinin 17.08.2021-ci il tarixli F-410 nömrəli qərarı ilə təsdiq edilmişdir. Hər təhsil proqramı 120 AKTS kreditdən (2 il) ibarətdir; proqramın mətni ixtisas səhifəsinin «Sənədlər» siyahısındadır.
2021-ci ildə dörd ixtisas üzrə tədris planları orta ixtisas təhsilinin subbakalavriat proqramlarının bakalavriat səviyyəsinin müvafiq proqramlarına uyğunlaşdırılması məqsədi ilə yenidən işlənib hazırlanmış, Dövlət Dəniz və Liman Agentliyi ilə razılaşdırılmaqla Azərbaycan Dövlət Dəniz Akademiyası tərəfindən təsdiq olunmuşdur. Bu tədris planları 2021/2022-ci tədris ilindən istifadə olunur.
Kollec ISO 9001:2015 Keyfiyyəti İdarəetmə Sistemi sertifikatına malikdir.
Tədris bazası
Kollecdə 14 auditoriya və 1 imtahan otağı var. İstehsalat təcrübəsi ASCO-nun «General Əsədov» tədris gəmisində və «ZIĞ» Gəmi Təmiri və Tikintisi Zavodunda keçirilir: istehsalat təcrübəsi.
Məzunlar
Kollec məzunları dəniz nəqliyyatı, gəmiçilik şirkətləri, limanlar, texniki xidmət müəssisələri və digər aidiyyəti olan sahələrdə çalışa bilirlər. Əldə etdikləri bilik və bacarıqlar onlara həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə fəaliyyət göstərmək üçün möhkəm baza yaradır.
Subbakalavr proqramının məzunları təhsillərini bakalavr səviyyəsində davam etdirə bilərlər: ixtisas uyğunluğu Elm və Təhsil Nazirliyinin təsdiq etdiyi ixtisas seçimi cədvəlinə əsasən müəyyən olunur. Ətraflı: Bakalavriata qəbul.

