Gəmi sürücülüyü
Gəminin idarə edilməsi və naviqasiya üzrə orta ixtisas hazırlığı
- DərəcəSubbakalavr
- Müddət2 il
- Təhsil formasıƏyani
- Kredit120 ECTS
- Şifr040521
- İllik təhsil haqqı1200 AZN
- Tam orta1 baza
İxtisas haqqında
“Gəmi sürücülüyü” ixtisası üzrə subbakalavr pilləsində mütəxəssis hazırlığı Azərbaycan Respublikasının üzv olduğu Beynəlxalq Dəniz Təşkilatının (BDT-İMO) “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” 1978-ci il tarixli (DHDNÇ əlavələr edilmiş) Beynəlxalq Konvensiyanın (II/1 qaydasının) tələblərinə uyğun olaraq həyata keçirilir. Bu ixtisas üzrə subbakalavr pilləsində təhsil alan tələbələr gəmi sürücülüyünün naviqasiya təminatı, gəminin idarə və manevr edilməsinin əsaslarını, o cümlədən suda olan adamın xilas edilməsi zamanı, lövbərə durma və körpüyə yanalma əməliyyatları zamanı manevretmə bacarığını, RADAR-la müşahidə və təsvir-trenajor hazırlığına dair bilikləri öyrənir.
Bu ixtisası uğurla bitirən məzunlar beynəlxalq səfərlər həyata keçirən gəmilərdə növbə köməkçisi vəzifələrində çalışa bilirlər.
Praktiki hazırlıq və təcrübə
Tələbələrinin istehsalat təcrübəsi 20 həftə təşkil edir.
Məzun olanda nə bacaracaqsan?
• Gəmini müasir naviqasiya, RADAR və trenajor sistemləri ilə təhlükəsiz idarə etməyi;
• Lövbərə durma, körpüyə yanalma və suda xilasetmə manevrlərini icra etməyi;
• Beynəlxalq səfərlər edən gəmilərdə peşəkar kapitanın növbə köməkçisi kimi çalışmağı.
Harada işləyə bilərsən?
Məzunlar göyərtə komandası vəzifələrində çalışa bilər:
-ticarət və yük gəmilərində göyərtə heyəti üzvü kimi -liman xidmətlərində -texniki donanma gəmilərində -dəniz nəqliyyatı müəssisələrində
Beynəlxalq standartlar
Təhsil proqramı Beynəlxalq Dəniz Təşkilatının (IMO) «Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair» 1978-ci il Beynəlxalq Konvensiyasının (STCW, A-II/1 və A-II/2 bölmələri) tələblərinə uyğun hazırlanıb.
Nəzərə alınan digər sənədlər:
- MARPOL 73/78: dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınması
- SOLAS-74: dənizdə insan həyatının təhlükəsizliyi
- «Dəniz nəqliyyatı gəmilərində xidmət Nizamnaməsi»
- IMO-nun 7.01 və 7.03 model kursları
Mütəxəssis hazırlığı STCW-nin II/1 qaydasına uyğundur: məzun beynəlxalq səfərlər edən gəmilərdə növbə köməkçisi vəzifəsində çalışa bilir.

