Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

Səhifə

ADDA — dünən və bu gün

Azərbaycanda dənizçilik təhsilinin kökləri XIX əsrin sonlarına — 1881-ci ilə gedib çıxır. Azərbaycan Dövlət Dəniz Akademiyasının özü isə 1996-cı ildə, müstəqillik dövründə yaradılıb və bu, dənizçilik təhsilinin inkişafında yeni mərhələnin başlanğıcı oldu.

Akademiyaya gedən yol

Respublikamız dəniz ölkəsi olduğundan yüksəkixtisaslı dənizçi kadrlar hazırlayan ali təhsil müəssisəsinin əhəmiyyətini bilən ölkə rəhbəri Heydər Əliyevin təşəbbüsü və Nazirlər Kabinetinin 1996-cı il qərarı ilə Bakı Dəniz Yolları Məktəbinin bazasında Azərbaycan Dövlət Dəniz Akademiyası yaradıldı.

Beynəlxalq tanınma

Akademiya ilk gündən təhsilini Beynəlxalq Dənizçilik Təşkilatının (IMO) «Dənizçilərin hazırlanması, sertifikatlandırılması və növbə çəkməsi haqqında» Beynəlxalq Konvensiyasının (STCW) tələblərinə uyğun qurub. Bütün ixtisaslar üzrə baza təhsil proqramları, tədris planları və dövlət standartları hazırlanaraq təsdiq edilib və IMO tərəfindən qəbul olunub.

Akademiya 012 nömrəsi altında dünya ali dəniz təhsili sisteminin kataloquna daxil edilib. Diplomu dünyanın 170-dən çox ölkəsi tərəfindən tanınır.

Üzvlüklər

  • Beynəlxalq Dənizçilik Ali Məktəbləri Assosiasiyası (IAMU)
  • MDB ölkələrinin dənizçilik ali məktəblərinin Tədris-Metodiki Şurası — admiral S. O. Makarov adına Dövlət Dəniz və Çay Donanması Universiteti (Sankt-Peterburq) nəzdində
  • Xəzəryanı dövlətlərin Ali Məktəbləri Assosiasiyası — fəal iştirakçı

Akademiya 11 ölkənin 18 universiteti ilə ikitərəfli əməkdaşlıq edir. Tam siyahı: Akademik tərəfdaşlar.

Bu gün

Akademiyada dənizçilik ixtisasları üzrə təhsilin bütün pillələrində — bakalavriat, magistratura və doktorantura — müasir standartlara cavab verən tədris prosesi qurulub. Burada təkcə ölkə gəncləri deyil, bir sıra xarici ölkələrdən gələn tələbələr də təhsil alır.

Ətraflı: Rəqəmlər və faktlar · Fakültələr · Keyfiyyətin menecmenti