Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Kollec

Kollecin tarixi

Kollec 1930-cu ildə Bakıda Zaqafqaziya Balıq Sənayesi Texnikumu kimi yaradılıb. 2016-cı ildən «Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi» QSC-nin tabeliyində, Azərbaycan Dövlət Dəniz Akademiyasının nəzdində fəaliyyət göstərir, 2022-ci ildən publik hüquqi şəxsdir.

  • Yaradılıb1930
  • İlk adıZaqafqaziya Balıq Sənayesi Texnikumu
  • Akademiyanın nəzdində2016-cı ildən
  • Publik hüquqi şəxs2022-ci ildən

Azərbaycan Dənizçilik Kolleci dənizçilik sahəsi üzrə ixtisaslı kadrların hazırlanmasında mühüm rol oynayan, zəngin tarixə malik təhsil ocağıdır.

Yaranması

Kollec 1930-cu ildə Ümumittifaq Dövlət Balıq Təsərrüfatı Birliyinin 21 may tarixli 88 saylı qərarı ilə Bakı şəhərində yaradılmış və Zaqafqaziya Balıq Sənayesi Texnikumu adlandırılmışdır.

Texnikum ilkin dövrlərdə Zaqafqaziya respublikaları üçün «Balıq ovu» və «Balığın emalı» ixtisasları üzrə mütəxəssis hazırlayırdı. 1939-cu ilə qədər onun tədris binası olmayıb: həmin il texnikum üçün beşmərtəbəli xüsusi tədris binası tikilmişdir. 1946-cı ildən texnikum bütün ölkə üçün balıqçı mütəxəssislər hazırlamağa başlamış, bir sıra ixtisaslar üzrə kadr yetişdirilməsinə xüsusi diqqət verilmişdir.

İxtisasların genişlənməsi

1950-ci ildən burada «Balıq və dəniz heyvanlarının ovu texnikası», «Balıq məhsullarının texnologiyası», «İxtiologiya və balıqçılıq» ixtisasları yaradıldı.

1960-cı ildən başlayaraq balıq sənayesində böyük sürətli sıçrayışlar oldu. İqtisadiyyatın bu sahədəki uğurları texnikumda mütəxəssis hazırlığı üzrə ixtisasları genişləndirmək zərurətini yaratdı: bu dövrdə «Gəmi güc qurğuları», «Mühasibat uçotu» və «Dəniz gəmi sürücüsü» ixtisasları açıldı.

Hal-hazırda Kollecdə yalnız dənizçilik sahəsi üzrə ixtisaslara qəbul aparılır: təhsil və ixtisaslar.

Mərhələlər

İl Hadisə
1930 Ümumittifaq Dövlət Balıq Təsərrüfatı Birliyinin 21 may tarixli 88 saylı qərarı ilə Bakıda Zaqafqaziya Balıq Sənayesi Texnikumu yaradılıb
1939 Texnikum üçün beşmərtəbəli tədris binası tikilib
1946 Texnikum bütün ölkə üçün balıqçı mütəxəssislər hazırlamağa başlayıb
1950 «Balıq və dəniz heyvanlarının ovu texnikası», «Balıq məhsullarının texnologiyası», «İxtiologiya və balıqçılıq» ixtisasları yaradılıb
1960-cı illər «Gəmi güc qurğuları», «Mühasibat uçotu» və «Dəniz gəmi sürücüsü» ixtisasları açılıb
2000 Texnikum Təhsil Nazirliyinin tabeliyinə keçib, Azərbaycan Dəniz Balıq Sənayesi Texnikumu adlandırılıb
2010 Nazirlər Kabinetinin 16 iyun 2010-cu il tarixli qərarı ilə Azərbaycan Dəniz Balıq Sənayesi Kolleci adlandırılıb
2016 Nazirlər Kabinetinin 19 may 2016-cı il tarixli 197 saylı qərarı ilə «Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi» QSC-nin tabeliyinə verilib, Azərbaycan Dövlət Dəniz Akademiyasının nəzdində Azərbaycan Dənizçilik Kolleci adlandırılıb
2021 Dörd ixtisasın tədris planları yenidən işlənib, Dövlət Dəniz və Liman Agentliyi ilə razılaşdırılıb və Akademiya tərəfindən təsdiq olunub (2021/2022-ci tədris ilindən)
2022 Nazirlər Kabinetinin 21 sentyabr 2022-ci il tarixli 361 nömrəli qərarı ilə Azərbaycan Dövlət Dəniz Akademiyasının nəzdində «Azərbaycan Dənizçilik Kolleci» publik hüquqi şəxsi adlandırılıb
2023 Kollecin Nizamnaməsi Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq edilib (21 avqust) və dövlət qeydiyyatına alınıb (18 sentyabr): Nizamnamə

Tabeçilik

Kollec fəaliyyəti dövründə müxtəlif adlarla ayrı-ayrı dövrlərdə keçmiş SSRİ nazirliklərinin və baş idarələrinin tabeliyində olmuşdur.

Dövr Tabe olduğu qurum
1930–1945 Ümumittifaq Dövlət Balıq Təsərrüfatı Birliyi
1946–1955 Azərbaycan SSR Balıq Sənayesi Nazirliyi
1956–1959 Xalq Təsərrüfatı Şurası
1960–1962 Ali və Orta İxtisas Təhsili Komitəsi
1963–1980 SSRİ Balıq Təsərrüfatı Nazirliyinin Xəzər hövzəsinin Baş Balıq Sənayesi İdarəsi («Xəzərbalıq»)
1980–1991 SSRİ Balıq Təsərrüfatı Nazirliyinin Xəzər hövzəsinin Ümumittifaq Balıq Sənaye Birliyi («Xəzərbalıq»)
1992 – 2000-ci ilin birinci yarısı «Azərbalıq» Dövlət Konserni
2000-ci ilin ikinci yarısı – 2016 Azərbaycan Respublikasının Təhsil Nazirliyi
2016-cı ildən «Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi» QSC (ASCO), Azərbaycan Dövlət Dəniz Akademiyasının nəzdində

1946–1962-ci illərdə tədris müəssisəsi Azərbaycan Dövlət Balıq Sənayesi Texnikumu adlanırdı.