Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Beynəlxalq əlaqələr

Akademik tərəfdaşlar

Akademiya 11 ölkənin dənizçilik və texniki universitetləri ilə ikitərəfli əməkdaşlıq edir: tələbə və müəllim mübadiləsi, ikili diplom, birgə konfrans və tədqiqat. 2026-cı ildə Türkiyə və Ukraynanın dörd universiteti ilə yeni memorandum imzalanıb.

  • Ölkə11
  • Yeni memorandum (2026)4 universitet
  • Erasmus+ müqaviləsi2021–2027
  • İkili diplomQazaxıstan

Tərəfdaş universitetlər

Ölkələr üzrə; mötərizədə — son anlaşma və ya əməkdaşlıq forması.

  • Türkiyə — İstanbul Texniki Universiteti; Piri Reis Universiteti (strateji əməkdaşlıq memorandumu, 10.02.2026); İstanbul Universiteti-Cerrahpaşa (memorandum, 18.05.2026); Yıldız Texniki Universiteti (memorandum, 21.05.2026).
  • Ukrayna — Milli Nəqliyyat Universiteti, Hetman Petro Konaşeviç-Sahaydaçnı adına Kiyev Su Nəqliyyatı İnstitutu ilə (memorandum, 03.07.2026); Admiral Makarov adına Milli Gəmiqayırma Universiteti; Odessa Milli Dəniz Universiteti.
  • Qazaxıstan — Ş. Yesenov adına Xəzər Texnologiya və Mühəndislik Universiteti, Aktau (ikili diplom, 2011-ci ildən).
  • Gürcüstan — Batumi Dövlət Dəniz Akademiyası; Batumi Naviqasiya Tədris Universiteti.
  • Latviya — Latviya Dəniz Akademiyası; Riqa Texniki Universitetinin Liyepaya Dəniz Kolleci (Erasmus+, 2021–2027).
  • Estoniya — Estoniya Dəniz Akademiyası (TalTech).
  • Litva — Klaypeda Universiteti.
  • Polşa — Şetsin Dəniz Universiteti.
  • Bolqarıstan — Varna Texniki Universiteti.
  • Monteneqro — Monteneqro Universiteti.
  • Rusiya — admiral S. O. Makarov adına Dövlət Dəniz və Çay Donanması Universiteti; Həştərxan Dövlət Texniki Universiteti; admiral F. F. Uşakov adına Dövlət Dəniz Universiteti; admiral G. İ. Nevelskoy adına Dəniz Dövlət Universiteti.

Şirkətlər və təşkilatlar

  • GN Group Corporation (Türkiyə) — tələbələrin şirkətin gəmilərində və tərsanələrində təcrübəsi, təlimlər, məzunların işə qəbulu (xəbər).
  • Informacinė Raida (Litva) və Turksen Eğitim (Türkiyə) — uzunmüddətli əməkdaşlıq.
  • TİKA — Türkiyə universitetləri və şirkətləri ilə əlaqələrin qurulmasına dəstək; 2026-cı ilin mayında İstanbuldakı görüşləri təşkil edib (xəbər).

Elmi tərəfdaşlar

  • Brandenburq Texniki Universiteti (Almaniya) — Azərbaycan Elm Fondunun qrant layihəsi çərçivəsində birgə tədqiqat və eksperimentlər (2025, xəbər).
  • Akademiyanın illik beynəlxalq elmi-texniki konfransında Türkiyə, Rusiya, ABŞ, Ukrayna, Gürcüstan, Latviya, Polşa və Qazaxıstan alimləri iştirak edir — Elmi konfranslar.

Tərəfdaş olmaq istəyirsiniz?

Təklifinizi Elmi-tədqiqat və beynəlxalq əlaqələr şöbəsinə göndərin; əməkdaşlığın necə qurulduğu Beynəlxalq əməkdaşlıq səhifəsindədir.

Tez-tez verilən suallar