Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Akademiya

Müraciətlərə baxılma qaydası

Akademiyaya sual, təklif və şikayətlə «Qaynar xətt» telefonu, e-poçt və ya saytdakı onlayn forma ilə müraciət etmək olar. Hər müraciət qeydə alınır, araşdırılır və cavablandırılır.

  • Qaynar xətt(012) 493 36 44
  • E-poçtakademiya@asco.az
  • OnlaynVətəndaşların müraciəti

Akademiyanın «Qaynar xətt» xidmətinin iş qaydası «Qaynar xətt xidməti haqqında qaydalar» (ADDA-TL-016) ilə müəyyən edilib. Müraciətin növləri, onda göstərilməli məlumatlar, cavab müddətləri və hüquqi əsas Vətəndaşların müraciəti səhifəsindədir.

«Qaynar xətt»

  • Telefonlar: (012) 493 36 44, (012) 493 09 19. Zənglər iş günü ərzində fasiləsiz qəbul edilir.
  • Zəngi Akademiyanın qəbul otağının məsul əməkdaşı qəbul edir: danışıq qısa yazılır, zənglərin qeydiyyat kitabında qeyd olunur və dərhal rəhbərliyə məruzə edilir.
  • Zəng edən Akademiya haqqında ümumi məlumat, o cümlədən rəhbərliyin qəbul günləri və saatları barədə məlumat ala, sual verə, təklif və şikayət bildirə bilər.

E-poçtla müraciət

Sual, təklif və ya şikayətinizi akademiya@asco.az ünvanına göndərə bilərsiniz. Məktubda adınızı, soyadınızı, ünvanınızı və telefon nömrənizi göstərin: müraciət araşdırıldıqdan sonra cavab e-poçtunuza göndərilir.

Onlayn müraciət

Saytdakı onlayn forma ilə müraciəti birbaşa aidiyyəti istiqamətə ünvanlaya bilərsiniz: rektor, qəbul, tədris prosesi, dənizçi sertifikatları, elmi işlər və ya beynəlxalq əlaqələr. Bildiriş həmin bölməyə göndərilir, cavab e-poçtunuza gəlir.

Xidmətin keyfiyyəti

Müraciətlər aidiyyəti üzrə yönləndirilir və operativ araşdırılır, hər müraciətin nəticəsi sənədləşdirilir. Qaydaya görə müraciətlərin ən azı 95 faizi vaxtında cavablandırılmalı, problemlərin 90 faizdən çoxu həll edilməlidir.