Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Struktur

Elmi Şura

  • Alt bölmə1

Haqqında

«Azərbaycan Dövlət Dəniz Akademiyası» Publik Hüquqi Şəxsinə ümumi rəhbərlik Elmi Şura tərəfindən həyata keçirilir.

Şuranın tərkibi Təhsil Nazirliyinin 10 noyabr 1997-ci il tarixli 792 nömrəli «Ali təhsil müəssisəsinin Elmi Şurası haqqında Əsasnamə»yə və «Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi» QSC-nin 6 dekabr 2023-cü il tarixli 13-3/2-4641/2023 nömrəli məktubuna əsasən təsdiq edilib.

Sədr Rektor

Sədr müavini

İradə Süleymanova

Tədrisin təşkili və idarəedilməsi üzrə prorektor

Üzvlər

Ad Vəzifə
Almaz Yaqub qızı İmanova Elmi katib
Elnur Oruc oğlu Abbasov «Gəmi sürücülüyü» fakültəsinin dekanı
Rafiq Xəlil oğlu Əsgərov «Gəmi mexanikası və elektromexanikası» fakültəsinin dekanı
Emil Məmmədniyaz oğlu Manafov Təlim Tədris Mərkəzinin direktoru
Əsədullah Mahmud oğlu Süleymanov Tədris prosesinin təşkili şöbəsinin müdiri
Həzi Nəbi oğlu Nəbiyev «Dəniz naviqasiyası» kafedrasının müdiri
Akif Şəmil oğlu İsmayılov «Gəmi energetik qurğuları» kafedrasının müdiri
Elşən Fəxrəddin oğlu Sultanov «Gəmi elektroavtomatikası» kafedrasının müdiri
İsaq Abuzər oğlu Xankişiyev «Gəmiqayırma və gəmi təmiri» kafedrasının müdiri
İsmayıl Hüseyn oğlu Dünyamalıyev Həmkarlar təşkilatının sədri
Rüslan Ramiz oğlu Əlicanov Tələbə Elmi Cəmiyyətinin sədri
Fuad Aqil oğlu Rəşidli Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri, 054İ qrup tələbəsi

Səlahiyyətlər

Elmi Şura:

· Akademiyanın strateji inkişaf proqramını, qısa, orta və uzunmüddətli fəaliyyət planlarını müzakirə və təsdiq edir, Himayəçilər Şurasına təqdim edir;

· Daxili keyfiyyət təminatı sistemini yaradır, Özünütəhlil Hesabatını və Akkreditasiya Şurasının tövsiyələri üzrə fəaliyyət planını təsdiq edir;

· Nizamnaməyə dəyişikliklər üçün “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə təkliflər verir;

· Dövlət standartlarına uyğun olaraq kadr hazırlığı, təhsilin məzmunu və kadr potensialının yüksəldilməsi üzrə qərarlar qəbul edir;

· Müəssisənin iş planını və tədris prosesini tənzimləyən sənədləri (əsasnamələr, təcrübə gündəliyi, imtahan sənədləri və s.) təsdiq edir;

· Elmi tədqiqat və elmi-metodiki işləri təşkil edir, dissertasiya mövzularını təsdiq edir və hesabatları qiymətləndirir;

· Rektorun, prorektorların, fakültələrin və digər struktur bölmələrin tədris və elmi fəaliyyət hesabatlarını dinləyir və qiymətləndirir;

· Fakültə, kafedra, şöbə və digər struktur bölmələrin yaradılması, ləğvi və yenidən təşkili barədə qərarlar qəbul edir;

· Akademik borcu olan tələbələrin təkrar fənni dinləmədən imtahanda iştirakı üçün ödəniş haqqını müəyyən edir;

· Ödənişli təhsil haqları üzrə təkliflər hazırlayaraq Elm və Təhsil Nazirliyinə təqdim edir;

· Büdcədənkənar vəsait hesabına tələbə təqaüdləri təsis edir, təhsilalan və təhsilverənlərin sosial müdafiəsi üzrə qərarlar verir;

· Yeni ixtisasların açılması və tələbə qəbulu üzrə aidiyyəti qurumlar və Elm və Təhsil Nazirliyi qarşısında vəsatət/təklif qaldırır;

· «Professor» və «dosent» adlarının verilməsi üçün Ali Attestasiya Komissiyası qarşısında vəsatət qaldırır;

· «fəxri professor (doktor)» adlarını verir;

· Müəssisənin fəaliyyət istiqamətlərinə uyğun daxili komissiyalar yaradır;

· Beynəlxalq əlaqələri, elmi-texniki nailiyyətlərin tətbiqini tənzimləyir və digər idarəetmə orqanlarının səlahiyyətlərinə aid edilməyən məsələləri həll edir;

· Fakültə elmi şuralarının səlahiyyətlərinə aid olmayan qərarlarını ləğv edir, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə ildə 2 dəfə hesabat təqdim edir.

İş qaydası və fəaliyyətin təşkili

Məsələ Qayda
Səlahiyyət müddəti 3 il
İclasların tezliyi Tədris ili müddətində 2 ayda ən azı bir dəfə (növbədənkənar: sədrin və ya 2/3 üzvün təşəbbüsü ilə)
Yetərsay Tərkibinin ən azı 2/3 hissəsi
Qərar qəbulu İclasda iştirak edənlərin sadə səs çoxluğu ilə (səslər bərabər olduqda sədrin səsi həlledicidir; bitərəf qalmaq qadağandır)
Səsvermə Tədris, elmi və sosial məsələlər üzrə açıq; elmi və fəxri adların verilməsi üzrə gizl
Qüvvəyə minmə Rektor tərəfindən təsdiq edildikdən sonra (müəssisə və rəhbərlik üçün icrası məcburidir)

Şura təsdiqlənmiş iş planı əsasında fəaliyyət göstərir. İclaslar protokollaşdırılır, sədr və katib tərəfindən imzalanır və elmi katibdə saxlanılır. Sədr qərarların icrasının müntəzəm yoxlanılmasını təşkil edir.

Yenidən təşkil və ləğv:

  • Şuranın tərkibi vaxtından əvvəl üzvlərinin ən azı 2/3 hissəsinin vəsatəti, yaxud «Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi» QSC və Elm və Təhsil Nazirliyinin müvafiq qərarı ilə buraxıla və yenidən təşkil oluna bilər.
  • Qanunvericiliyə zidd və ya prosedur pozuntusu ilə qəbul edilmiş qərarlar «Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi» QSC və Elm və Təhsil Nazirliyi tərəfindən ləğv edilir.

Alt bölmələr