Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Təhsil

Təcrübə (praktika)

Dənizçi ixtisaslarında tələbələr 4 ildə 52 həftə, gəmiqayırmada 14 həftə təcrübə keçirlər — tədris gəmisində, ASCO-nun gəmilərində və zavodlarda. Təcrübə STCW Konvensiyasının tələblərinə uyğun təşkil olunur və gələcək işçi diplomunun əsasıdır.

  • Dənizçi ixtisasları52 həftə (4 ildə)
  • Gəmiqayırma14 həftə (4 ildə)
  • Əsas bazaASCO donanması
  • StandartSTCW-78 (2010 düzəlişləri)

Təcrübə trayektoriyası

Dənizçi ixtisasları

  1. İlk dəniz təcrübəsindən əvvəlADDA və ASCO

    Təhlükəsizlik hazırlığı və sənədlər

    Dənizdə sağqalma, yanğınsöndürmə, ilk tibbi yardım və şəxsi təhlükəsizlik üzrə baza hazırlığı (STCW VI/1). Təcrübə üçün lazım olan sənəd və sertifikatları, xüsusi geyim formasını ASCO və Akademiya təmin edir.

  2. Tədris gəmisi «General Əsədov»

    Tədris (üzmə) təcrübəsi

    Nəzəri bilik real gəmi şəraitində: gəmi mexanizmləri, idarəetmə sistemləri və naviqasiya avadanlığı, həyəcan siqnalları və qayıq təlimləri.

    Tədris gəmisi
  3. ASCO gəmiləri

    İstehsalat (üzmə) təcrübəsi

    ASCO-nun Dəniz Nəqliyyat Donanması və Xəzər Dəniz Neft Donanmasının gəmilərində; xarici sularda üzən gəmilərdə də imkan var. Görülən iş hər gün Təcrübə jurnalına yazılır, qeydləri kapitan və ya baş mexanik imzalayır.

  4. Təhsilin sonundaGəmi və ya müəssisə

    Diplomqabağı təcrübə

    Buraxılış işinə hazırlıqla bağlı təcrübə.

  5. Məzun olduqdan sonraDövlət Dəniz və Liman Agentliyi

    İşçi diplomu (Certificate of Competency)

    Diplomu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Dövlət Dəniz və Liman Agentliyi verir. Təhsil sənədi, üzmə stajı və Təcrübə jurnalı əsas sənədlərdir; müraciət və ixtisas imtahanları barədə məlumat Agentliyin saytındadır.

    ddla.gov.az

Gəmiqayırma və gəmi təmiri

  1. Gəmi təmiri və gəmiqayırma zavodları

    Zavod təcrübəsi

    «Bibiheybət» gəmi təmiri zavodu, «Zığ» gəmi təmiri və tikintisi zavodu, Bakı Gəmiqayırma Zavodu — gəmi tikintisi və təmiri istehsalat şəraitində.

  2. «Xəzərdənizlayihə» ETİ

    Elmi-tədqiqat institutunda təcrübə

    Gəmi layihələri ilə işləyən elmi-tədqiqat institutunda təcrübə.

  3. Təhsilin sonundaZavod və ya institut

    Diplomqabağı təcrübə

    Buraxılış işinə hazırlıqla bağlı təcrübə.

Təcrübənin növləri və müddəti

Təcrübənin üç növü var: tədris (üzmə), istehsalat (üzmə) və diplomqabağı təcrübə. Müddət ixtisasa görə dəyişir:

İxtisas 4 ildə təcrübə Harada
Dəniz naviqasiyası mühəndisliyi 52 həftə Tədris gəmisi, ASCO gəmiləri
Gəmi energetik qurğularının istismarı mühəndisliyi 52 həftə Tədris gəmisi, ASCO gəmiləri
Elektrik və elektronika mühəndisliyi 52 həftə Tədris gəmisi, ASCO gəmiləri
Gəmiqayırma və gəmi təmiri mühəndisliyi 14 həftə Gəmi təmiri və gəmiqayırma zavodları

Təcrübə «Təhsil haqqında» Azərbaycan Respublikasının Qanunu, STCW-78 Konvensiyası və Akademiyanın tələbələrin təcrübə keçməsi haqqında Əsasnaməsi əsasında təşkil olunur.

Təcrübə bazaları

  • ASCO — Dəniz Nəqliyyat Donanması (Azərbaycan, Zərifə Əliyeva və s.) və Xəzər Dəniz Neft Donanmasının gəmiləri (Qurban Abasov, İsrafil Hüseynov və s.); ASCO-nun xarici sularda üzən gəmilərində də təcrübə imkanı var (Natəvan, Rəsul Rza və s.).
  • Tədris gəmisi «General Əsədov» — ətraflı.
  • Digər gəmiçilik şirkətləri — Azərbaycanda fəaliyyət göstərən yerli və xarici şirkətlərlə əməkdaşlıq edilir.
  • Zavodlar və institut (gəmiqayırma ixtisası) — «Bibiheybət» gəmi təmiri zavodu, «Zığ» gəmi təmiri və tikintisi zavodu, Bakı Gəmiqayırma Zavodu, «Xəzərdənizlayihə» elmi-tədqiqat institutu.

Təcrübə üçün tələb olunan sənəd və sertifikatlarla, xüsusi geyim forması ilə tələbələri ASCO və Akademiya təmin edir.

STCW və işçi diplomu

Gəmidə zabit kimi işləmək üçün STCW Konvensiyası üzrə işçi diplomu (Certificate of Competency) lazımdır. Diplom üçün təhsillə yanaşı təsdiq olunmuş üzmə stajı tələb olunur. Təcrübə təsdiq olunmuş təhsil proqramının hissəsidirsə və Təcrübə jurnalında sənədləşdirilirsə, STCW-nin minimumu belədir:

Diplom (STCW qaydası) İxtisas Minimum staj
Naviqasiya növbəsi rəisi (II/1) Dəniz naviqasiyası mühəndisliyi 12 ay üzmə stajı
Maşın növbəsi rəisi — mexanik (III/1) Gəmi energetik qurğularının istismarı mühəndisliyi 12 ay — emalatxana hazırlığı və üzmə stajı birlikdə
Elektrik-mexanik, ETO (III/6) Elektrik və elektronika mühəndisliyi 12 ay — emalatxana hazırlığı və üzmə stajı birlikdə, ən azı 6 ayı dənizdə

Dəqiq tələblər və imtahan qaydası üçün: Dövlət Dəniz və Liman Agentliyi.

Təcrübə jurnalı (Training Record Book). Gəmiyə qalxan hər tələbə rəsmi jurnal aparır: hansı naviqasiya və ya mühəndislik əməliyyatında iştirak etdiyi, hansı avadanlığa xidmət etdiyi gündəlik yazılır, qeydləri kapitan və ya baş mexanik imzalayır. Təcrübə zamanı tələbələr ISM (təhlükəsiz idarəetmə) və ISPS (gəmi və liman vasitələrinin mühafizəsi) məcəllələrinin gəmidə necə tətbiq olunduğunu öyrənirlər.

Azərbaycan IMO-nun STCW üzrə «Ağ siyahı»sına daxildir — bu, ölkədə verilən dənizçi diplomlarının digər dövlətlərdə tanınması üçün əsasdır.

Təşkilat

Təcrübəni Tədris proseslərinin təşkili şöbəsinin təcrübə bölməsi təşkil edir və ona nəzarət edir. Sahildə hazırlıq — laboratoriya və trenajorlar; dənizçi sertifikatları üzrə kurslar — Təlim-Tədris Mərkəzi.

Tez-tez verilən suallar