Tədris proseslərinin təşkili şöbəsi
- Əməkdaş12
- Telefon(012) 4043700, daxili 3063
Şöbənin missiyası
Tədris prosesinin planlaşdırılması və təşkili: tədris planları, dərs cədvəli, imtahan sessiyaları, təcrübə və tələbə kontingentinin uçotu.
Şöbə haqqında
Akademiyada təhsil prosesinin Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə, təhsil standartlarına və beynəlxalq konvensiyaların tələblərinə uyğun olaraq planlaşdırılmasını, təşkilini və koordinasiyasını həyata keçirən əsas struktur bölmədir. Şöbə tədris planlarının reallaşdırılması, dərslərin və imtahanların vaxtında, şəffaf və effektiv təşkili üçün kafedralar, fakültələr və tələbələr arasında mərkəzi əlaqələndirici rolunu oynayır.
Şöbənin funksiyaları
Tədris planları və dərs yükü
- «Ali ixtisas təhsilinin bakalavr (magistr) pilləsinin Dövlət Standartları» əsasında tədris və işçi tədris planlarının hazırlanması və Elmi Şuraya təqdimi
- Kafedralar üzrə tədris yükünün bölgüsü və icrasına nəzarət; saathesabı ödənişlə bağlı əmrlər
- Sillabus, təqvim və tədris planlarının, fənn proqramlarının, dərslik və dərs vəsaitlərinin mövcudluğuna nəzarət
Tədrisin keyfiyyəti
- Açıq dərslərin və qarşılıqlı dərs dinləmələrinin qrafik üzrə keçirilməsinə nəzarət
- Tədris intizamına nəzarət və rəhbərliyə məlumat
- İmtahan nəticələri üzrə hesabatların toplanması, ümumiləşdirilməsi və müzakirəsi
Tələbə kontingenti və hesabatlar
- Tələbə kontingentinin hərəkəti üzrə aylıq hesabatlar, illik statistik hesablamalar
- Növbəti tədris ili üçün bakalavr və magistr qəbulunun planlaşdırılması
- DAK sədrlərinin siyahısının ASCO-ya təsdiqə göndərilməsi
Təşkilati işlər
- Auditoriya fondunun fakültələr arasında bölgüsü və istifadəsinə nəzarət
- Təhsil Nazirliyi və digər qurumlardan daxil olan sənədlərin icrası, tədrislə bağlı əmrlərin hazırlanması
- Dekanlıqların, şöbə və kafedraların tədris materialları ilə təmin olunması
Tələbələr üçün xidmətlər
Strateji hədəflər üzrə öhdəliklər
• Tədris idarəetməsinin tam rəqəmsallaşdırılması: Kağız sənəd dövriyyəsini minimuma endirmək məqsədilə dərs cədvəllərinin, davamiyyət jurnalının və akademik hesabatlığın tam inteqrasiya olunmuş elektron sistemə keçirilməsini təmin etmək. • STCW (Dənizçilərin hazırlanması, diplomlaşdırılması və növbə çəkməsi haqqında) Beynəlxalq Konvensiyasının tələblərinə uyğunlaşma: Tədris proqramlarının və praktiki məşğələlərin beynəlxalq dənizçilik standartlarına tam uyğun şəkildə qrafiklərə daxil edilməsini nəzarətdə saxlamaq. • Tədrisin keyfiyyət göstəricilərinin analitik təhlili: Semestr nəticələrinə əsasən tələbələrin müvəffəqiyyət dinamikasını təhlil etmək, zəif göstəriciləri olan sahələr üzrə tədris prosesinin təkmilləşdirilməsi üçün rəhbərliyə strateji təkliflər vermək.

