Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Qəbul

İngilis dilində tədris

Dəniz naviqasiyası mühəndisliyi və Gəmi energetik qurğularının istismarı mühəndisliyi bakalavr proqramlarında ingilisdilli qruplar var. Azərbaycan vətəndaşları bu qruplara DİM vasitəsilə, əcnəbilər müsahibə ilə qəbul olunur.

  • PilləBakalavriat
  • Təhsil müddəti4 il
  • Təhsil formasıƏyani
  • QəbulDİM; əcnəbilər — müsahibə

Qəbul trayektoriyaları

Azərbaycan vətəndaşları

  1. Fevral–martDİM

    DİM-də elektron ərizə

    Bakalavriata qəbul kimi: şəxsi kabinet və «Abituriyentin elektron ərizəsi».

    Bakalavriata qəbul
  2. Mart–iyulDİM

    Buraxılış və I qrup imtahanları

    I mərhələdə xarici dil də yoxlanılır (100 bal). Dənizçi ixtisasları üçün xüsusi tibbi müayinə tələb olunur.

  3. AvqustDİM

    İxtisas seçimi

    Elektron ixtisas seçimində ixtisasın ingilis dilində tədris olunan variantını seçin.

Əcnəbi vətəndaşlar

  1. Qəbul elanından sonraE-poçt

    İlkin müraciət

    Pasportun və orta təhsil sənədinin surətini Akademiyaya göndərin.

    Əcnəbi vətəndaşların qəbulu
  2. Sənədlərə baxılandan sonraADDA

    Müsahibə

    Hazırlığınız və ingilis dilini bilmə dərəcəniz müsahibədə yoxlanılır.

  3. Gəlişdən sonraADDA, Miqrasiya Xidməti

    Sənədlər və miqrasiya qeydiyyatı

    Sənədlərin əslini təqdim edirsiniz, bir illik müvəqqəti yaşamaq hüququ alırsınız.

İxtisaslar, yer sayı və haqq

İxtisasPilləTədris diliPlan yerləri 2026/27Təhsil haqqıKeçid balı
Dəniz naviqasiyası mühəndisliyiEN-050605BakalavriatEN—2700 AZN/ilödənişli: 4682026
Dəniz naviqasiyası mühəndisliyi6006006BakalavriatAZ215AZ əyani 100 · AZ qiyabi 60 · RU 15 · EN 402700 AZN/ilödənişli: 3852026
Elektrik və elektronika mühəndisliyi6006008BakalavriatAZ, EN60AZ əyani 35 · AZ qiyabi 10 · EN 152700 AZN/ilödənişli: 226,32026
Gəmi energetik qurğularının istismarı mühəndisliyi6006012BakalavriatAZ, EN150AZ əyani 75 · AZ qiyabi 50 · EN 252700 AZN/ilödənişli: 195,92026

Niyə ingilis dilində

Beynəlxalq gəmiçilikdə ünsiyyət dili ingilis dilidir: heyət daxilində, liman və sahil xidmətləri ilə əlaqədə, sənəd və təlimatlarda. İngilisdilli qrupda oxuyan tələbə peşə terminologiyasını əvvəldən ingilis dilində öyrənir.

Kimlər müraciət edə bilər

  • Azərbaycan vətəndaşları — DİM-in imtahanı ilə, I ixtisas qrupu üzrə, bakalavriata qəbul qaydası ilə.
  • Əcnəbi vətəndaşlar — müsahibə ilə; 2026/2027-ci ildə illik təhsil haqqı 5100 manatdır.

Dil hazırlığı

Əcnəbi tələbələr üçün Akademiyada Azərbaycan və ingilis dili üzrə ödənişli hazırlıq kursları var.

Magistratura

Magistratura proqramları Azərbaycan dilində, bəzi ixtisaslarda həm də rus dilində tədris olunur: Magistraturaya qəbul.

Tez-tez verilən suallar