Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

Səhifə

Keyfiyyətin menecmenti və monitorinqi

Akademiyada keyfiyyət siyasəti tədris, təlim-trenajor mərkəzləri və dəniz nəqliyyatı mütəxəssislərinin hazırlığı üzrə xidmətlərə qoyulan beynəlxalq və milli standartların şərtsiz yerinə yetirilməsinə əsaslanır və işlərin təşkilinin bütün səviyyələrini əhatə edir.

İSO 9001 sertifikatlaşdırılması

tarix standart
2002-ci ilin oktyabrından İSO 9001:2000
2010-cu ildən İSO 9001:2008
2018-ci ilin fevralından İSO 9001:2015

Akademiya dənizçi mütəxəssislərin hazırlanması sahəsində keyfiyyətin menecmenti sistemi üzrə fasiləsiz olaraq bu standartlarla işləyir.

Amerika Gəmiçilik Bürosunun (ABS) sertifikatı

2016-cı ilin fevralında dünyanın nüfuzlu təsnifat cəmiyyətlərindən olan Amerika Gəmiçilik Bürosu (ABS) Akademiyanın Dənizçilərin hazırlanması və sertifikatlandırılması mərkəzində beynəlxalq audit keçirib. Auditin nəticələri əsasında mərkəzin ABS-in «Tədris müəssisələrinin və təlim kurslarının sertifikatlaşdırılması üzrə standartları»na uyğunluğu təsdiqlənib və Akademiya 2016-cı ildə ABS uyğunluq sertifikatını əldə edib.

Təlim Tədris Mərkəzi

Mərkəz İSO 9001:2015 standartına uyğun fəaliyyət göstərir və Bureau Veritas beynəlxalq sertifikatlaşdırma təşkilatı tərəfindən audit olunaraq sertifikata layiq görülüb. Ətraflı: Təlim-Tədris Mərkəzi.