Tez-tez verilən suallar
Qəbul, təhsil, tələbə həyatı, elm və beynəlxalq əlaqələr barədə ən çox verilən suallar bir yerdə. Cavab tapmadınızsa, sualınızı onlayn göndərin.
Cəmi suallar: 150 · Mövzular: 9
Ümumi suallar
Azərbaycan Dövlət Dəniz Akademiyası dəniz nəqliyyatı üçün mühəndis və dənizçi kadrlar hazırlayan ali təhsil müəssisəsidir. Nazirlər Kabinetinin 15 iyul 1996-cı il qərarı ilə yaradılıb; Azərbaycanda dənizçilik təhsilinin kökləri 1881-ci ilə gedib çıxır. Ətraflı — Akademiya haqqında.
Akademiya publik hüquqi şəxsdir və «Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi» QSC-nin (ASCO) tabeliyindədir. Bunun tələbə üçün mənası — təcrübə, təqaüd və işə qəbul — ASCO və Akademiya səhifəsindədir.
Əsas bina — Bakı, Zərifə Əliyeva küçəsi 18 («Sahil» metrosunun yaxınlığı). 2-ci tədris korpusu — Kazım Kazımzadə küçəsi 127 («Elmlər Akademiyası» metrosunun yaxınlığı). Yataqxana — Üzeyir Hacıbəyli küçəsi 114.
Qəbul Dövlət İmtahan Mərkəzi (DİM) vasitəsilə aparılır. Kollec, bakalavriat, magistratura və doktorantura üzrə şərtlər, tarixlər və sənədlər Abituriyentlər üçün bölməsindədir. Əcnəbi vətəndaşlar müsahibə əsasında qəbul olunur.
Hər ixtisas üzrə son illərin keçid balları, plan yerləri və təhsil haqqı ixtisas kataloqundadır: Keçid balları, yer sayı və təhsil haqqı.
Dənizçi ixtisaslarına (məsələn, dəniz naviqasiyası, gəmi energetik qurğularının istismarı) qəbul olmaq istəyənlər elektron ərizəni təsdiqlədikdən sonra xüsusi tibbi müayinədən keçir; yeri və vaxtı Akademiyanın elanında bildirilir. Ətraflı — Bakalavriat.
Bəli. Yataqxanada 104 otaq, 311 yer var; tələbələrə güzəştli şərtlə, əcnəbi tələbələrə 2026/2027-ci ildə ödənişsiz verilir. Qayda və şərait — Yataqxana.
Yay və qış geyim forması və dərs vəsaitləri. Təqaüd semestrin nəticəsinə görə təyin olunur; fərqlənən tələbələrə ASCO-nun əlavə təqaüdü də verilib. Ətraflı — Təqaüd və sosial dəstək.
Tədris gəmisi «General Əsədov»da, ASCO gəmilərində, gəmi təmiri və tikintisi müəssisələrində; müddəti ixtisasa görə dəyişir. Təcrübə STCW üzrə işçi diplomuna yol açır — Təcrübə (praktika).
Əsas tədris dili Azərbaycan dilidir; bəzi ixtisaslarda ingilis və rus dilində qruplar var. Siyahı — İngilis dilində tədris və ixtisas kataloqu.
Bakalavriat və magistraturaya müsahibə ilə qəbul olunur. 2026/2027-ci ildə illik təhsil haqqı 5100 manatdır; geyim forması, tədris materialları və yataqxana ödənişsizdir. Gəliş və qeydiyyat — Əcnəbi tələbələr üçün bələdçi.
Onlayn müraciət formasında mövzunu seçin — cavab e-poçtunuza gəlir. Telefon: (012) 493 36 44, e-poçt: info@adda.edu.az.
Qəbul33
Üzən gəmilərdə dənizdə olan müraciətçilər üçün müsahibə onlayn təşkil olunur.
Bəli. Əvvəlki ixtisasda öyrəndiyiniz fənnin məzmunu yeni proqramdakı fənnə uyğundursa, həmin fənn üzrə məşğələ və attestasiyadan azad olunursunuz.
1993-cü ildən sonra xaricdə alınmış diplom Elm və Təhsil Nazirliyi tərəfindən tanınandan sonra.
Qiyabi formada və ödənişli əsaslarla.
Keçid balları, yer sayı və təhsil haqqı
Xeyr. Keçid balı müsabiqənin nəticəsidir və hər il müraciət edənlərin sayına və nəticəsinə görə dəyişir.
İxtisas yenidirsə və ya həmin il üzrə nəticə hələ dərc olunmayıbsa, bal göstərilmir.
Bəli. Açıq qapı günü abituriyentlər, valideynlər və dəniz sahəsinə maraq göstərən hər kəs üçündür.
Tarix elan olunanda bu səhifənin yuxarısında görünür. Hazırda planlaşdırılmış tədbir yoxdursa, «Tədbirlər» bölməsini izləyin.
Kollec, bakalavriat və magistratura üçün — xeyr: ərizə yalnız DİM-in saytında verilir. Doktorantura və təkrar ali təhsil üçün — portal.edu.az-da. Əcnəbi vətəndaşlar ilkin sənədləri Akademiyaya e-poçtla göndərir.
İmtahan, ərizə və ixtisas seçimi qaydaları barədə — DİM-ə. Akademiyanın ixtisasları, tibbi müayinə, sənəd qəbulu və yataqxana barədə — Akademiyaya, bu səhifədəki forma ilə.
Bəli. 11 illik baza üzrə buraxılış (qəbul) imtahanının nəticəsi 2 il qüvvədədir. Hər iki ilin nəticəsi varsa, hansı ilə iştirak edəcəyinizi ixtisas seçimində özünüz seçirsiniz.
Bəli, subbakalavr diplomu ilə DİM-in müsabiqəsi vasitəsilə Akademiyanın bakalavriatına qəbul olmaq mümkündür.
I ixtisas qrupu. II mərhələdə riyaziyyat və fizika ilə yanaşı kimya (RK altqrupu) və ya informatika (Rİ altqrupu) verilir. İxtisasın hansı altqrupda olduğu DİM-in ixtisas siyahısında göstərilir.
I mərhələnin (buraxılış imtahanının) nəticəsi 2 il qüvvədədir. II mərhələni isə hər il yenidən vermək lazımdır.
Xeyr. Xüsusi tibbi müayinə Dəniz naviqasiyası, Gəmi energetik qurğularının istismarı və Elektrik və elektronika mühəndisliyi ixtisaslarına aiddir.
Hər il dəyişir: müsabiqə həmin il müraciət edənlərin nəticəsindən asılıdır. Son illərin ballarını «Keçid balları, yer sayı və təhsil haqqı» səhifəsində görə bilərsiniz.
Bəli. Əyani tələbələr yataqxana üçün ərizəni sənəd təqdimi zamanı verir. Şərait barədə: «Yataqxana» səhifəsi.
DİM-in subbakalavrlar üçün müsabiqəsi vasitəsilə. Qəbul olunanda qeydiyyatda kollec diplomu, iş yerindən arayış və dənizçinin tibbi kitabçası təqdim olunur.
2026-cı ildə imtahan üç dəfə — fevralda, mayda və iyunda keçirilib. Hər cəhd üçün ayrıca qeydiyyat olur. İxtisaslaşma seçimində hansı cəhdin nəticəsi ilə iştirak edəcəyinizi özünüz seçirsiniz.
Bəli. Qeydiyyatda diplom əvəzinə bakalavriatı bitirmək haqqında arayış təqdim edirsiniz.
Esseyə 30 dəqiqə verilir, maksimum 5 balla qiymətləndirilir.
Bəli, dövlət sifarişi ilə yerlər var. Əvvəl dövlət hesabına magistraturada oxuyanlar və əcnəbilər yalnız ödənişli yerləri seçə bilər.
Azərbaycan dilində; bəzi ixtisaslarda rus dilində qruplar da var — cədvəldə «Tədris dili» sütununa baxın.
Azərbaycan vətəndaşları üçün — cədvəldəki ixtisas haqqı. Əcnəbilər üçün 2026/2027-ci ildə 5100 manat.
İngilisdilli qrupda tədris ingilis dilində aparılır. Ətraflı tədris planı ixtisas səhifəsindədir.
2026/2027-ci ildə illik haqq 5100 manatdır. Geyim forması, tədris materialları və yataqxana əlavə ödənişsiz verilir.
Bakalavriatda Dəniz naviqasiyası mühəndisliyi Azərbaycan, ingilis və rus, Gəmi energetik qurğularının istismarı mühəndisliyi Azərbaycan və ingilis dillərində tədris olunur. Magistratura Azərbaycan dilindədir.
Akademiyada Azərbaycan və ingilis dili üzrə ödənişli hazırlıq kursları var.
Əyani təhsil alan əcnəbi tələbə Dövlət Miqrasiya Xidmətində qeydiyyata alınır və ona bir illik müvəqqəti yaşamaq hüququ verilir.
Akademiyanın diplomları 170-dən çox ölkədə tanınır.
Rus dili istisna olmaqla istənilən dili — sərbəst və ya ixtisasa uyğun.
Xarici dil imtahanında keçid balını toplayanlar. Fəlsəfədən «məqbul» alanlar ixtisas imtahanına buraxılır.
Bəli, elmlər doktoru proqramı üzrə qiyabi təhsil müddəti 5 ildir.
Təhsil28
Konvensiya (STCW) ixtisaslarının tələbələri: dəniz naviqasiyası, gəmi energetik qurğularının istismarı, elektrik və elektronika mühəndisliyi və digər ixtisaslar.
Dənizdə sağqalma, yanğınsöndürmə, ilk tibbi yardım və şəxsi təhlükəsizlik üzrə baza hazırlığı (STCW VI/1).
STCW üzrə üzmə stajını sənədləşdirən rəsmi jurnal. Gündəlik iş yazılır, kapitan və ya baş mexanik imzalayır; jurnal işçi diplomu üçün lazımdır.
İxtisasartırma və xaricdə təhsil
Bakalavr dərəcəsi olan, xarici universitetin tələb etdiyi dili bilən və təhsildən sonra 5 il ASCO-da işləməyə razı olan gənclər.
ASCO. 2017-ci ildə Dünya Dənizçilik Universitetinə qəbul olunan iki ADDA məzununun bütün təhsil xərclərini ASCO ödəyib.
Akademiyanın Təlim-Tədris Mərkəzinə: təkmilləşdirmə və ixtisasartırma kursları orada keçirilir.
ISO 9001 — Akademiyanın keyfiyyət menecmenti sisteminin beynəlxalq standarta uyğunluğu (2002-ci ildən, 2018-dən ISO 9001:2015). ABS, Bureau Veritas və The Nautical Institute sertifikatları dənizçi hazırlığına və Təlim-Tədris Mərkəzinin kurslarına aiddir.
Azərbaycan STCW üzrə «Ağ siyahı»dadır. Bu, digər dövlətlərin Azərbaycan diplomlarını STCW-nin I/10 qaydası ilə tanıması üçün əsasdır; tanınmanı hər dövlətin dəniz administrasiyası təsdiqləyir.
Onlayn müraciət formasında «Tədris prosesi və sənədlər» istiqamətini seçin — müraciət Tədris proseslərinin təşkili şöbəsinə gedir və yazılı cavablandırılır.
Kitabxana və elektron resurslar
Elektron Akademiyadakı tələbə kabinetinizdən.
Kitabxana kitabxanalararası abonement və tərəfdaş kitabxanalar vasitəsilə tapmağa kömək edir.
İnformasiya resurs mərkəzinin (İRM). Heyət və əlaqə — İRM-in səhifəsində.
Xeyr. Normativ müddətdə kreditləri toplaya bilməyən tələbə tələbələr sırasında qalır və təhsilini ödənişli əsaslarla davam etdirir. Ödəniş illik təhsil haqqının 60-a bölünüb götürdüyünüz fənlərin kreditlərinə vurulması ilə hesablanır.
Bəli, hər semestrdə ən çox iki fəndən, hər fəndən bir dəfə. Haqqı fənn üçün müəyyən olunan məbləğin 25 faizindən çox olmur və Elmi Şura tərəfindən müəyyən edilir.
Növbəti tədris ili üçün planı 5–15 iyul tarixlərində fakültəyə təqdim edirsiniz və 10 sentyabradək düzəliş edə bilərsiniz. Birinci kurs tələbələrinin planını fakültə hazırlayır.
Qiymətləndirmə və imtahan qaydaları
İmtahan başlayandan 10 dəqiqədən çox gecikən tələbə buraxılmır. Gecikmənin üzrlü səbəbi varsa (məsələn, xəstəlik), rəsmi sənədi dekanlığa təqdim edin: imtahanı növbəti semestrin dərsləri başlayanadək bir dəfə vermək imkanı yaradılır.
Proqramlaşdırılmayan və hərf klaviaturası olmayan kalkulyatordan. «Ali riyaziyyat» imtahanında kalkulyatora icazə verilmir.
Hal araşdırılır; nasazlıq təsdiqlənərsə sizə yeni birdəfəlik şifrə verilir və imtahana davam edirsiniz.
Yay semestri və əlavə kəsir qrupları
Bəli, yay semestrində: fənni yenidən götürür, dinləyir və imtahan verirsiniz. Nəticə yüksəlməsə əvvəlki balınız qüvvədə qalır. Sadəcə təkrar imtahan verməklə qiyməti yüksəltməyə icazə verilmir.
Qrup açılmır və ödənilmiş məbləğ qaytarılır. İstəsəniz digər tələbələrin ödəniş öhdəliyini könüllü üzərinizə götürərək qrupun açılmasını istəyə və ya rəhbərliyin razılığı ilə fənni başqa ali təhsil müəssisəsində keçə bilərsiniz.
Köçürmə, bərpa və kreditlərin tanınması
Kompetensiyaları uyğun gələn fənlərin kreditləri tanınır. Fakültə uyğunlaşdırma cədvəli hazırlayır, kafedralar rəy verir, cədvəli fakültənin Elmi Şurası təsdiq edir. Eyni təhsil proqramı üzrə keçilmiş fənlər birbaşa tanınır.
25–30 səhifə, A4 formatında, «Arial» 12 şrifti və 1,5 sətirarası intervalla. Eyni gəmidə təcrübə keçənlərin eyni hesabatları qəbul edilmir.
Bəli, vəzifəniz ixtisasınıza uyğundursa, həftədə ən azı 20 saat işləyirsinizsə və stajınız təcrübə müddətindən az deyilsə. Arayış, dənizçi pasportundan çıxarış, əmək müqaviləsi və (varsa) əmək kitabçasının surətini fakültəyə təqdim edin: Təcrübə Komissiyası 10 iş günü ərzində qərar verir.
Rektora ərizə yazın; ərizəyə sənədin axtarışda olması barədə məlumatı və «Azərbaycan müəllimi» qəzetində verdiyiniz elanı əlavə edin. Akademiya Elm və Təhsil Nazirliyinə müraciət edir, dublikat arxiv sənədləri əsasında doldurulur.
Dənizçi ixtisaslarında — tədris gəmisində və ASCO-nun gəmilərində (Dəniz Nəqliyyat Donanması, Xəzər Dəniz Neft Donanması), imkan olduqda xarici sularda üzən gəmilərdə. Gəmiqayırma ixtisasında — gəmi təmiri və gəmiqayırma zavodlarında.
Təcrübə üçün tələb olunan sənəd və sertifikatları, xüsusi geyim formasını ASCO və Akademiya təmin edir.
İşçi diplomu üçün üzmə stajı təsdiq olunmuş təhsil proqramı çərçivəsində jurnalda sənədləşdirilməlidir. Qeydləri kapitan və ya baş mexanik imzalayır — jurnalı vaxtında doldurun və qoruyun.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Dövlət Dəniz və Liman Agentliyindən (ddla.gov.az). Müraciət qaydası və ixtisas imtahanları barədə məlumat Agentliyin saytındadır.
Tələbə həyatı24
Akademiyanın istənilən tələbəsi. Üzvlük könüllüdür; müraciət İdarəetmə Şurasına yazılı verilir və 10 gün ərzində baxılır.
Təşkilatın idarəçiliyində iştirak etmək, seçkili orqanlara seçmək və seçilmək, tədbirlərdə iştirak etmək, fəaliyyət barədə məlumat almaq, layihə və proqramlarla çıxış etmək, öz maraqlarının müdafiəsi üçün təşkilata müraciət etmək.
Məsələni öyrənir, Elmi Şuraya çıxarır və ya Akademiyanın rəhbərliyi qarşısında vəsatət qaldırır. Fərdi müraciəti onlayn formada da göndərə bilərsiniz.
Üzv istədiyi vaxt könüllü çıxa bilər. Üzvlüyünə xitam verilməsi ilə razı olmayan üzv İdarəetmə Şurasına şikayət edə bilər.
Tələbə Həmkarlar İttifaqı Komitəsi
Dekanlığa və qrup həmkarlar ittifaqı təşkilatçısına. Həmkarlar ittifaqı təqaüdlərin vaxtında və düzgün verilməsinə nəzarət edir.
Bəli. Komitə Akademiyanın təsərrüfat bölmələri ilə birlikdə yataqxanaya ehtiyacı olan tələbələrin yerlə təminatını və məişət şəraitini diqqətdə saxlayır.
Səhhəti zəif olan tələbələr üçün həmkarlar ittifaqı vasitəsilə güzəştli sanatoriya-kurort yollayışlarının ayrılmasına çalışılır. Qrup təşkilatçınıza müraciət edin.
Akademiyanın tələbələri. Kafedranızda elmi rəhbər seçin və tələbə elmi dərnəyinə qoşulun.
Tələbə konfransının tezislər toplusunda. Hazır məqaləni «Elmi Əsərlər» jurnalına da təqdim etmək olar — tələblər jurnal səhifəsindədir.
I və II kurs tələbələri — riyaziyyat, fizika və informatika üzrə, hər fənn ayrıca.
Hər semestrin imtahan sessiyasından sonra, növbəti semestr üçün, rektorun əmri ilə.
Təqaüd üçün sessiya akademik borcsuz başa vurulmalıdır. Borcun ləğvi qaydası və müddəti barədə dekanlığa müraciət edin.
Xeyr. Yay və qış geyim forması və dərs vəsaitləri ödənişsizdir.
Qanuna əsasən təqaüdün iki misli ödənilir. Digər sosial məsələlər üzrə dekanlığa və ya Həmkarlar İttifaqı Komitəsinə müraciət edin.
Üzgüçülük, yelkən idmanı, voleybol, futbol, basketbol, güləş seksiyaları; yarışlarda şahmat da var.
Qeydiyyat elanla aparılır — Akademiyanın elanlarını izləyin, kafedraya və ya Tələbə Gənclər Təşkilatına müraciət edin.
Üzgüçülük dənizçinin peşə hazırlığının bir hissəsidir və kafedrada fənn kimi tədris olunur.
Dekanlığa və ya Tələbə Gənclər Təşkilatına müraciət edin. Yeni dərnəklər yaradılanda elan Akademiyanın saytında dərc olunur.
Komandalar beş nəfərdən ibarət olur. Növbəti yarış elan olunanda təşkilatçıların göstərdiyi qaydada qeydiyyatdan keçin.
Muzey Akademiyanın binasındadır; ekskursiya barədə Akademiya ilə əlaqə saxlayın.
Əyani tələbələr ərizəni sənəd təqdimi zamanı verir; yerləşdirmə müqavilə əsasında aparılır. Şərait, qaydalar və hüquqlar «Yataqxana» səhifəsindədir.
Təqaüd hər semestr imtahan sessiyasının nəticəsinə görə rektorun əmri ilə təyin olunur: əlaçı, həvəsləndirici və adi. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş tələbələr qanuna görə təqaüdün iki mislini alır. Ətraflı — «Təqaüd və sosial dəstək» səhifəsində.
Üzvlük könüllüdür. TGT-yə İdarəetmə Şurasına yazılı müraciətlə (10 gün ərzində baxılır), Həmkarlar İttifaqına qrupunuzun həmkarlar ittifaqı təşkilatçısı vasitəsilə, Tələbə Elmi Cəmiyyətinə kafedranız vasitəsilə qoşulursunuz.
Tədbirlər təqvimindən və xəbərlərdən. Növbəti tədbirlər və tələbə həyatından son xəbərlər bu səhifədə avtomatik görünür.
Beynəlxalq əlaqələr17
Hazırda fəaliyyət göstərən proqram Qazaxıstan tərəfinin tələbələri üçündür. ADDA tələbələri üçün yeni proqramlar Türkiyə tərəfdaşları ilə müzakirə olunur — elanı izləyin və ya şöbəyə yazın.
Yesenov Universiteti ilə proqramın tələbələri 2023-cü ildə dəniz naviqasiyası və gəmi energetik qurğularının istismarı ixtisaslarında oxuyurdu.
Məzun hər iki ölkənin universitetinin diplomuna sahib olur; bu, hər iki ölkənin dənizçilik sektorunda işə qəbulu asanlaşdırır.
Bəli. Təhsil IMO-nun STCW Konvensiyasının tələblərinə uyğundur, ADDA dünya ali dəniz təhsili kataloqunda 012 nömrəsi ilə qeydiyyatdadır; diplom 170-dən çox ölkədə tanınır.
Bəli — Erasmus+ və universitetlərarası memorandumlar çərçivəsində mübadilə, Qazaxıstan tərəfdaşı ilə ikili diplom, ASCO təqaüdü ilə xaricdə magistratura. Addımlar «Mübadilə və Erasmus+» səhifəsindədir.
Təklifinizi Elmi-tədqiqat və beynəlxalq əlaqələr şöbəsinə göndərin. Görüşdən sonra anlaşma memorandumu və fəaliyyət planı hazırlanır.
Bakalavriat və magistraturaya müsahibə ilə. 2026/2027-ci ildə illik təhsil haqqı 5100 manatdır; geyim forması, tədris materialları və yataqxana ödənişsizdir.
Mübadilə proqramlarının elanını izləyin və Elmi-tədqiqat və beynəlxalq əlaqələr şöbəsi ilə məsləhətləşin. Addımlar «Mübadilə və Erasmus+» səhifəsindədir.
Bəli. Təklif şöbəyə göndərilir; görüşdən sonra anlaşma memorandumu imzalanır.
Beynəlxalq əlaqələr şöbəsi sənədlərinizi toplayıb Dövlət Miqrasiya Xidmətinə təqdim edir. Əyani təhsil alan əcnəbi tələbəyə bir illik müvəqqəti yaşama hüququ verilir; Miqrasiya Xidməti üçün tibbi arayış International Medical Center-dən alınır.
2026/2027-ci tədris ilində əcnəbi tələbələr üçün yataqxana, geyim forması və tədris materialları ödənişsizdir.
Bəli: Dəniz naviqasiyası mühəndisliyi və Gəmi energetik qurğularının istismarı mühəndisliyi bakalavriatda ingilis dilində də tədris olunur.
Qəbul və təhsil haqqı barədə — akademiya@asco.az, (012) 493 36 44. Digər məsələlər üzrə onlayn forma ilə «Beynəlxalq əlaqələr və əcnəbi tələbələr» istiqamətinə yazın.
Bu, tərəfdaş universitetin və proqramın şərtlərindən asılıdır; meyarlar hər elanda göstərilir. Adətən akademik borcu olmayan və tədris dilini bilən tələbələr seçilir.
Erasmus+ qaydasına görə öyrənmə razılaşmasında əvvəlcədən razılaşdırılmış fənlər tərəfdaşın transkripti əsasında nəzərə alınır.
Bəli. Erasmus+ çərçivəsində müəllim mobilliyi var; 2023-cü ildə ADDA müəllimləri Liyepayada, Liyepaya müəllimləri Bakıda dərs deyib.
Yay və qış məktəbləri Yıldız Texniki Universiteti və GN Group ilə memorandumlarda nəzərdə tutulub; proqram elan olunanda xəbərlərdə dərc olunur.
Elm və innovasiya21
Elmi-tədqiqat laboratoriyaları
Tələbələr elmi işə Tələbə Elmi Cəmiyyəti və kafedra vasitəsilə qoşulur. Laboratoriyada iş imkanını və mövzunu kafedra müdiri ilə dəqiqləşdirin; nəticəni yazda keçirilən tələbə konfransında təqdim etmək olar.
Bəli. Məsələn, «Gəmiqayırma və gəmi təmiri» kafedrasının alimləri Elm Fondunun qrant layihəsi çərçivəsində Brandenburq Texniki Universitetində (Almaniya) birgə eksperimentlər aparıb. Tərəfdaşlıq Elmi-tədqiqat və beynəlxalq əlaqələr şöbəsi vasitəsilə qurulur.
Bəli — konfrans beynəlxalqdır. Elan dərc olunanda məruzəni bölmələrdən birinə uyğun hazırlayın; təşkilati suallar üçün Elmi-tədqiqat və beynəlxalq əlaqələr şöbəsinə yazın.
Beynəlxalq konfransın materialları ayrıca topluda dərc olunur; ən yaxşı məruzələr «Elmi Əsərlər» jurnalındadır — arxiv jurnal səhifəsində.
Elan «Elanlar» bölməsində dərc olunur. Konfrans «Tədbirlər» bölməsinə əlavə ediləndə bu səhifənin «Növbəti elmi tədbirlər» blokunda avtomatik görünür.
Tələbə Elmi Cəmiyyətinə qoşulun və kafedranızda elmi rəhbər seçin. Hər yaz tələbə, magistr və gənc tədqiqatçıların elmi-texniki konfransı keçirilir: məruzələr «Tezislər toplusu»nda dərc olunur, bölmələr üzrə ilk üç yer diplomla təltif edilir.
Tərtib qaydaları, tələb olunan sənədlər (rəy, antiplagiat, elmi şuranın tövsiyəsi) və redaksiyanın əlaqəsi jurnal səhifəsindədir.
Elmi-tədqiqat və beynəlxalq əlaqələr şöbəsinə: Korpus 1, 4-cü mərtəbə, telefon (012) 493 36 44, daxili 3078. Sualı onlayn da göndərə bilərsiniz — «Elmi işlər, nəşr və qrantlar» istiqamətini seçin.
Bəli, fəlsəfə doktoru proqramı üzrə üç ixtisasda: gəmiçilik texnikası, gəmiçilik və su nəqliyyatının istismarı, gəmiqayırma və gəmi təmiri texnologiyası. Qəbul qaydası «Doktoranturaya qəbul» səhifəsindədir.
Şura Akademiyanın gənc alimlərini, doktorantlarını və dissertantlarını birləşdirir. Üzvlük və şuranın tərkibi barədə Elmi-tədqiqat və beynəlxalq əlaqələr şöbəsinə müraciət edin.
Mövzunu kafedranızdakı elmi rəhbərlə seçin. Konfrans elanı Akademiyanın saytında «Elanlar» bölməsində dərc olunur.
Magistr dissertasiyanızın mövzusunu gələcək ixtisasınıza yaxın seçin, ilk məruzə və tezislərinizi konfranslarda dərc etdirin. Qəbul qaydası «Doktoranturaya qəbul» səhifəsindədir.
Azərbaycan Elm Fondunun saytında (aef.gov.az). Akademiyaya gələn müsabiqə və tərəfdaşlıq təklifləri barədə Elmi-tədqiqat və beynəlxalq əlaqələr şöbəsi məlumat verir.
Bəli. 2024-cü ilin qalib layihəsi ADDA və Azərbaycan Texniki Universitetinin kafedralarının birgə layihəsidir.
Bəli: tələbə və gənc tədqiqatçıların elmi-texniki konfransı, akademik yazı təlimi, mübadilə və xaricdə təhsil proqramları — «Gənc alimlər və tədqiqatçılar» səhifəsində. Elanları izləyin və şöbə ilə əlaqə saxlayın.
Akademik dürüstlük və antiplagiat
Müdafiədən 1 ay əvvəl kafedraya, çap olunmuş və elektron formada. Yoxlama 5 iş günü ərzində aparılır; hədd aşılarsa düzəliş üçün 1 ay vaxt verilir.
Akademiyanın tələbə və əməkdaşları üçün eyni işin ilk yoxlaması ödənişsizdir, təkrar yoxlamalar ödənişlidir. Kənar müəlliflər üçün bütün yoxlamalar ödənişlidir.
«ADDA-nın Elmi Əsərləri» jurnalı
Azərbaycan, rus və ya ingilis dilində. Xülasə və açar sözlər hər üç dildə verilir.
Bəli. «ADDA-nın Elmi Əsərləri» Ali Attestasiya Komissiyasının dövri elmi nəşrlər siyahısına daxildir və elmi dərəcə iddiaçılarının orijinal tədqiqatlarını dərc edir.
Beynəlxalq konfransın materialları ayrıca topluda, tələbə konfransının məruzələri «Tezislər toplusu»nda dərc olunur. Təşkilat komitəsinin qərarı ilə ən yaxşı məruzələr jurnalda çap edilir.
Redaksiyaya yazın — e-poçt «Əlaqə» blokundadır.
Akademiya5
Akademiya publik hüquqi şəxsdir və «Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi» QSC-nin tabeliyindədir (Nazirlər Kabinetinin 2022-ci il qərarı). Azərbaycan Dənizçilik Kolleci Akademiyanın nəzdindədir.
Bəli. Akademiya ASCO-nun əsas kadr mənbəyidir; işə qəbulda keyfiyyətə üstünlük verilir. Məzunlar həmçinin beynəlxalq gəmiçilik şirkətlərində, limanlarda və gəmi təmiri müəssisələrində işləyir.
Təhsildə fərqlənən tələbələrə və yüksək balla qəbul olunanlara; şərtləri hər il ASCO müəyyən edir. Məzunlar üçün Gəmiçilikdə Təqaüd Proqramı xaricdə magistr təhsilini əhatə edir — təhsildən sonra 5 il ASCO-da işləmək öhdəliyi ilə.
Dənizçi ixtisaslarına qəbul olanlar xüsusi tibbi müayinədən keçir. Yeri, tarixi və sənəd siyahısı hər il Akademiyanın elanında verilir. ASCO-nun «Dənizçilər poliklinikası» 2021-ci ildə ləğv edilib.
Dərs başlandıqdan sonra auditoriyaya daxil olmaq qadağandır. Xüsusi hallarda bu yalnız dərsi aparan müəllimin icazəsi ilə mümkündür.
Kollec6
Dörd ixtisas: 040521 Gəmi sürücülüyü, 040520 Gəmi energetik qurğularının istismarı, 040515 Elektrik təchizatı (su nəqliyyatında) və 040522 Gəmilərin təmiri. Təhsil 2 il, əyani formada, Azərbaycan dilində aparılır.
Bəli. Subbakalavr proqramının məzunları təhsillərini bakalavr səviyyəsində davam etdirə bilər; ixtisas uyğunluğu Elm və Təhsil Nazirliyinin təsdiq etdiyi ixtisas seçimi cədvəli ilə müəyyən olunur. Ətraflı: Bakalavriata qəbul.
2026/2027-ci tədris ilində illik təhsil haqqı 1200 AZN-dir. Tam orta təhsil bazasından plan yerləri həm dövlət hesabına, həm də ödənişli əsaslarladır. Ətraflı: Kollecə qəbul.
II kursda, 20 həftə. 2026-cı ildə təcrübə 16 fevraldan 7 iyuladək davam edib.
Bəli. Təhsil proqramına görə tələbənin fərdi müraciəti əsasında onun ixtisasına uyğun digər müəssisədə, o cümlədən xaricdə təcrübə keçməsinə icazə verilir. Təcrübədən əvvəl Kolleclə həmin müəssisə arasında müqavilə imzalanır.
STCW tələbləri nəzərə alınmaqla hazırlanmış təcrübə jurnalındakı tapşırıqların yerinə yetirilməsi və tələbənin yekun hesabatı əsasında, Kollecin Pedaqoji Şurasının müəyyən etdiyi qaydada.
Digər suallar3
Əyani təhsilə qəbul olunduqdan sonra sənəd təqdimi zamanı ərizə verirsiniz; yerləşmə müqavilə əsasında aparılır.
Saat 22:00-a qədər. İşləyən tələbələr üçün rektorun icazəsi ilə uzadıla bilər.
Bəli, ümumi əsaslarla. 2026/2027-ci ildə əcnəbi tələbələr üçün yataqxana ödənişsizdir.

