Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

Bütün xəbərlər
Xəbər

ADDA nümayəndə heyəti İstanbul Universiteti-Cerrahpaşada səfərdə olub

21 May 2026
ADDA nümayəndə heyəti İstanbul Universiteti-Cerrahpaşada səfərdə olub

Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) rektoru vəzifəsini icra edən Eldar Qocayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin təşkilatçılığı ilə 18 may 2026-cı il tarixində Türkiyənin İstanbul Üniversiteti-Cerrahpaşa (İÜC) rəhbər heyəti ilə görüşü keçirilmişdi.

Görüşün əsas məqsədi İÜC heyəti, tədris və elmi-tədqiqat imkanları ilə tanışlıq və dənizçilik təhsili sahəsində beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, ortaq akademik və elmi layihələrin həyata keçirilməsi, müəllim-tələbə mobilliyinin təşviqi, ikili diplom proqramlarının yaradılması, təhsilin və idarəetmənin rəqəmsallaşması üzrə təcrübə mübadiləsinin aparılması kimi məsələləri özündə ehtiva edən qarşılıqlı anlaşma memorandumunun imzalanması olub.

ADDA-nın nümayəndə heyətini İÜC rektoru Prof. Dr. Nuri Aydın və rəhbər şəxslər qarşılayaraq universitet kampusu ilə tanış ediblər. Daha sonra hər iki ali təhsil müəssisəsinin nümayəndələri arasında geniş tərkibli görüş keçirilib.

Görüşü açılış nitqi ilə başlayan rektor Prof. Dr. Nuri Aydın ADDA ilə əməkdaşlığa xüsusi önəm verdiklərini, iki ali təhsil müəssisəsi arasında qurulacaq əlaqələrin dənizçilik təhsili, elmi-tədqiqat, akademik mobillik və beynəlxalq layihələr istiqamətlərində mühüm perspektivlər vəd etdiyini bildirib.

Daha sonra Eldar Qocayev akademiyanın fəaliyyəti, potensialı, beynəlmiləlləşmə istiqamətində həyata keçirilən tədbirlər və gələcək inkişaf prioritetləri barədə məlumat verərək, iki ali təhsil müəssisəsi arasında birgə elmi-tədqiqat mərkəzinin yaradılması, magistrant və doktorantlar üçün ortaq elmi rəhbərlərin təyin edilməsi, təhsilin və idarəetmənin rəqəmsallaşması, ikili diplom proqramları və keyfiyyətin təmin olunması sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulayıb. O, həmçinin İÜC tələbələrinin ADDA-ya məxsus təcrübə gəmisində və gəmiqayırma zavodlarında təcrübə keçməsi üçün geniş imkanların mövcud olduğunu bildirib.

Görüşdə İÜC-ün beynəlxalq əməkdaşlıq əlaqələri, akkreditasiya prosesləri, akademik mobillik imkanları, müasir laboratoriyaları, texnopark fəaliyyəti və elmi jurnalları barədə məlumatları əks etdirən təqdimat keçirilib. Universitet rəhbərliyi nəşr olunan elmi jurnalların beynəlxalq elmi bazalarda indeksləndiyini diqqətə çatdırıb. Həmçinin universitetin beynəlxalq reytinqlərdə uğurlu mövqeyi vurğulanaraq URAP reytinqində Türkiyə üzrə 8-ci sırada yer aldığı qeyd edilib.

Daha sonra İÜC və ADDA-nın video çarxlar nümayiş olunub.

Müzakirələrin yekununda gəmi sürücülüyü, elektromexanika və digər prioritet istiqamətlər daxil olmaqla ilkin mərhələdə 5 sahə üzrə birgə fəaliyyətlərin həyata keçirilməsinə başlanılması, həmçinin iyun–iyul aylarında Türk Dövlətlərinin dənizçilik təhsili üzrə beynəlxalq konfransının keçirilməsi barədə razılıq əldə olunub.

Görüş tərəflər arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanması və xatirə şəkilləri çəkdirilməsi ilə yekunlaşıb.

"ADDA nümayəndə heyəti İstanbul Universiteti-Cerrahpaşada səfərdə olub" teqi üzrə xəbərlər : https://denizulastirmamuhendislik.iuc.edu.tr/tr/haber/azerbaycan-devlet-deniz-akademisi-ile-isbirligi-65005400380036005700470051005800790062007A0039007900700046006200610041004F003200370077003200;

https://www.xezernews.az/az/adda-numayende-heyeti-istanbul-universiteti-cerrahpasada-olub

Foto qalereya5

Reaksiyanızı bildirin