Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
İxtisas

Gəmilərin təmiri

Gəmi gövdəsi və mexanizmlərinin təmiri üzrə orta ixtisas hazırlığı

  • DərəcəSubbakalavr
  • Müddət2 il
  • Təhsil formasıƏyani
  • Kredit120 ECTS
  • Şifr040522
  • İllik təhsil haqqı1200 AZN
  • Tam orta1 baza

İxtisas haqqında

“Gəmilərin təmiri” ixtisası üzrə subbakalavr pilləsində təhsil alan tələbələr ümumpeşə hazırlığı fənləri ilə yanaşı ixtisaslaşmaya aid gəmilərin quruluşunu, üzmə keyfiyyətlərini, gəmi gövdəsinin konstruksiyalarını, gövdə konstruksiyalarının qaynaq texnologiyasını, gövdənin korroziyadan mühafizə tədbirlərini, gəmi təmiri texnologiyasını öyrənirlər.

Bu ixtisası uğurla bitirən məzunlar gəmiqayırma və gəmi təmiri zavodlarında, tərsanələrdə və liman müəssisələrində gəmi gövdəsi, mühərrik və mexanizmlərin təmiri üzrə texnik-usta, qaynaqçı və ya çilingər kimi işləyə bilərlər. Onlar həmçinin dəniz nəqliyyatı şirkətlərində gəmilərin texniki vəziyyətinə nəzarət edən texniki heyət üzvü kimi fəaliyyət göstərə bilirlər.

Praktiki hazırlıq və təcrübə

Tələbələrinin istehsalat təcrübəsi 20 həftə təşkil edir.

Məzun olanda nə bacaracaqsan?

• Gəmi gövdəsini, mühərrik və mexanizmləri peşəkar səviyyədə təmir etməyi;

• Gövdə konstruksiyalarının qaynaq işlərini və korroziyadan mühafizəsini həyata keçirməyi;

• Gəmiqayırma zavodlarında, tərsanələrdə və limanlarda texnik-usta, qaynaqçı və ya texniki nəzarətçi kimi çalışmağı.

Harada işləyə bilərsən?

Məzunlar texnik vəzifələrində çalışa bilər:

-gəmi təmiri zavodlarında -gəmiqayırma müəssisələrində -liman texniki bazalarında -metal emalı və qaynaq sahəsində

Beynəlxalq standartlar

Təhsil proqramı Beynəlxalq Dəniz Təşkilatının (IMO) «Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair» 1978-ci il Beynəlxalq Konvensiyasının (STCW) tələblərinə uyğun hazırlanıb.

Proqramda bu ixtisas üçün STCW-nin konkret bölməsi göstərilməyib: hazırlıq dənizçi diplomuna deyil, gəmi təmiri texnikinin işinə yönəlib.

Tez-tez verilən suallar

Digər ixtisaslar