Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Fakültə

Gəmi sürücülüyü fakültəsi

Fakültənin missiyası

Qlobal gəmiçilik sektorunun tələblərinə uyğun, rəqəmsal naviqasiya bacarıqlarına malik, beynəlxalq sularda gəmilərin təhlükəsiz idarəedilməsini təmin edəcək peşəkar və lider dənizçilər yetişdirməkdir.

Fakültə haqqında

Gəmi sürücülüyü fakültəsi Azərbaycan Dövlət Dəniz Akademiyasının aparıcı struktur bölmələrindən biri olmaqla, dəniz nəqliyyatı və gəmiçilik sahəsi üçün yüksək ixtisaslı mühəndis və mütəxəssislərin hazırlanmasını həyata keçirir. Fakültədə tədris prosesi Azərbaycan respublikasının mövcud normativ təhsil qanunvericiliyi və müasir beynəlxalq standartlara, xüsusilə Beynəlxalq Dəniz Təşkilatı tərəfindən qəbul edilmiş “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” STCW Konvensiyası tələblərinə, eləcə də 7.01 və 7.03 Model Kurslarının müddəalarına uyğun şəkildə təşkil olunmuşdur. Fakültədə həyata keçirilən tədris proqramları dəniz nəqliyyatı sektorunun müasir inkişaf tendensiyaları, beynəlxalq gəmiçilik sənayesinin tələbləri və qabaqcıl dəniz təhsili təcrübəsi nəzərə alınmaqla formalaşdırılmışdır. Bu çərçivədə bütün ixtisaslar üzrə baza təhsil proqramları və tədris planları hazırlanmış, müvafiq qaydada təsdiq edilmiş və tətbiq olunur. Fakültənin əsas fəaliyyət istiqaməti dəniz nəqliyyatı sahəsində peşəkar kadr hazırlığını təmin etmək, müasir naviqasiya və gəmiçilik texnologiyalarını tədris prosesinə inteqrasiya etmək, həmçinin tələbələrin nəzəri biliklərinin praktiki bacarıqlarla vəhdətdə formalaşdırılmasını təmin etməkdir.

Fəaliyyət sahəsi

· Təhsil proqramlarının (bakalavriat, magistratura və doktorantura) Ali Təhsilin Dövlət Standartlarına və IMO (Beynəlxalq Dəniz Təşkilatının) Model Kurslarına uyğun həyata keçirilməsi.

· "Elektron Akademiya" (EMPRO) sistemi vasitəsilə dərslərin, tələbə davamiyyətinin və imtahanların rəqəmsal uçotunun idarə edilməsi və ona nəzarət.

· Tələbələrin ASCO gəmilərində və beynəlxalq sularda 52 həftəlik (12 aylıq) üzmə təcrübələrinin təşkili və nəticələrin yoxlanılması.

· Fakültə nəzdindəki kafedraların (Dəniz naviqasiyası, İngilis dili, Humanitar fənlər və s.) elmi-tədqiqat və tədris-metodiki fəaliyyətinin əlaqələndirilməsi.

Xidmətlər

Tələbə və əməkdaşlara göstərilən xidmətlər:

· Akademik məsləhətçi (tyutor) xidməti vasitəsilə tələbələrin fərdi tədris planlarının (sillabusların) tərtibi və fənn seçiminə yönləndirici dəstək.

· EMPRO platforması üzərindən elektron qeydiyyat, imtahan nəticələrinin izlənilməsi, akademik transkript və arayışların rəqəmsal formada formalaşdırılması.

· Tələbələrin "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) daxilində və beynəlxalq sularda üzmə təcrübəsinə cəlb edilməsi.

İxtisaslar

Görülmüş işlər və nəticələr

· Rəqəmsal idarəetməyə keçid: Fakültə üzrə tədris prosesi "Rəqəmsal Akademiya" platformasına tam inteqrasiya edilmiş, sənəd dövriyyəsində 100% elektronlaşma (ESD) təmin olunmuşdur.

· Üzmə təcrübəsi: Yüzlərlə tələbə ASCO gəmilərində tamhüquqlu 52 həftəlik üzmə təcrübəsinə cəlb olunmuş və əldə etdikləri səriştələr sistemində təsdiqlənmişdir.

· Elmi-tədqiqat və şəffaflıq: Fakültə üzrə təqdim olunan bütün buraxılış işləri və dissertasiyaların 100%-i "StrikePlagiarism" sistemi vasitəsilə elmi plagiat yoxlamasından keçirilmişdir.

· Beynəlxalq əlaqələr: Beynəlxalq proqramlar çərçivəsində tələbə və müəllim mobilliyi artmışdır. Ətraflı məlumat üçün ADDA Beynəlxalq Əlaqələr səhifəsinə daxil ola bilərsiniz.

Strateji hədəflər üzrə öhdəliklər

· Keyfiyyətin Davamlı Təminatı: İSO 9001:2015 Keyfiyyəti İdarəetmə Sisteminə tam uyğunluğu saxlamaq, Daxili Audit Komissiyasının iştirakı ilə rüblük hesabatlılığı (CAPA tədbirləri) həyata keçirmək.

· Tələbə Mərkəzli Yanaşma: Sənayenin tələblərinə uyğun "Soft skills" və "Hard skills" bacarıqlarının formalaşdırılması, məzunların 100% işlə təmin olunması istiqamətində addımların atılması.

· İnnovasiya və Rəqəmsallaşma: Distant təhsil mühitini və virtual laboratoriyaları inkişaf etdirərək elektron mühitin effektivliyini artırmaq.

Tez-tez verilən suallar

Kafedralar