İngilis dili kafedrası
- FakültəGəmi sürücülüyü fakültəsi
- Əməkdaş14
- Telefon(012) 4043700, daxili 3071
- Qəbul saatlarıI - III, 14:00 – 16:00
Kafedranın missiyası
Dənizçilərin hazırlanmasına dair beynəlxalq konvensiyaların tələblərinə cavab verən, "İMO Standard Marine Communication Phrases" (SMCP) əsasında peşəkar, işgüzar və akademik ingilis dilində sərbəst ünsiyyət quran, rəqabətədavamlı kadrlar yetişdirməkdir.
Kafedra haqqında
“İngilis dili” kafedrası üzrə tədris prosesi IMO (Beynəlxalq Dəniz Təçkilatı) tərəfindən təsdiq olunmuş Model Kursların tələblərinə uyğun şəkildə təşkil edir. Tədris proqramı xüsusilə IMO-nun “Maritime English” model kursuna əsaslanaraq tələbələrdə peşəkar dəniz terminologiyası, gəmi üzərində effektiv ünsiyyət və təhlükəsizliyin təmin olunması üçün zəruri dil bacarıqlarını formalaşdırır. Dərslər praktiki yönümlü olub, naviqasiya, fövqəladə hallar və gündəlik əməliyyatlar üzrə real situasiyaları əhatə edən simulyasiya və rol oyunları ilə zənginləşdirilir. Kafedra tələbələrin beynəlxalq ekipaj mühitində dəqiq və operativ ünsiyyət qurmasını təmin etmək məqsədilə dinləmə, danışma, oxu və yazı bacarıqlarını kompleks şəkildə inkişaf etdirir. Eyni zamanda, tədris prosesi müasir metodik yanaşmalar və innovativ texnologiyalar vasitəsilə təşkil olunaraq tələbələrin qlobal dənizçilik bazarına inteqrasiyasını gücləndirir. Nəticədə, məzunlar beynəlxalq standartlara cavab verən, peşəkar və rəqabətqabiliyyətli dəniz mütəxəssisləri kimi formalaşırlar.
Fəaliyyət sahəsi
· Tədrisi ingilis dilində aparılan fənlərin (Ümumi, Kommunikativ, Peşəkar, İşgüzar və Akademik Oxu/Yazı) mühazirə və məşğələlərinin yüksək səviyyədə təşkili.
· MS Teams platforması vasitəsilə onlayn və ənənəvi test imtahanlarının təşkili, tələbələrin "screen shot" və "recording" üsulları ilə rəqəmsal qeydiyyatı.
· Beynəlxalq B1 (Speaking Assessment Criteria Rubric) meyarları əsasında tələbələrin dinləyib-anlama və nitq bacarıqlarının obyektiv qiymətləndirilməsi.
· Fənn proqramlarının (sillabusların), dərslik və dərs vəsaitlərinin hazırlanması və EMPRO sisteminə daxil edilməsi.
Xidmətlər
Tələbə və əməkdaşlara göstərilən xidmətlər:
· Kommunikativ ingilis dili üzrə şifahi danışığın 5 meyar (axıcılıq, rabitəlilik, söz ehtiyatı, qrammatika, tələffüz) üzrə qiymətləndirilməsi (hər meyar 10 bal, cəmi 50 bal).
· Akademik oxu və yazı imtahanlarında yazılı esselərin rəqəmsal (foto/screenshot) formada qəbulu və sürətli qiymətləndirilməsi.
· EMPRO platforması (Elektron Jurnal) vasitəsilə davamiyyət və cari qiymətləndirmə xidmətlərinin operativ tətbiqi.
· Professor-müəllim heyətinin metodiki vəsaitlərinin və elmi məqalələrinin "StrikePlagiarism" antiplagiat sistemindən keçirilməsi.
Görülmüş işlər və nəticələr
· Rəqəmsal Qiymətləndirmə: Tədrisi ingilis dilində aparılan fənlər üzrə onlayn imtahan prosedurları MS Teams platforması vasitəsilə 100% rəqəmsallaşdırılmış və audit izləri (səs yazıları) arxivləşdirilmişdir.
· Meyarlaşdırma: Şifahi imtahanlar üçün beynəlxalq standartlara uyğun şkala (B1 səviyyəsi) uğurla tətbiq edilmişdir.
· Elmi-metodiki işlər: Kafedra tərəfindən çoxsaylı metodiki göstəriş və lüğətlər hazırlanmışdır. Ətraflı məlumat: ADDA Kitabxana.
Strateji hədəflər üzrə öhdəliklər
· Tədrisin İnnovativləşməsi: Dənizçilik İngilis dili (Maritime English) kurrikulumunu qlobal sənayenin tələblərinə (SMCP) daha çox uyğunlaşdırmaq və rəqəmsal alətlərdən istifadəni genişləndirmək.
· Peşəkar İnkişaf: İngilis dili müəllimlərinin peşəkarlıq səviyyəsini yüksəltmək məqsədilə onları beynəlxalq təlimlərə və "Ən yaxşı müəllim" müsabiqəsinə cəlb etmək.

