Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Kafedra

Gəmiqayırma və gəmi təmiri kafedrası

Kafedranın missiyası

Qlobal dəniz sənayesi və gəmiqayırma zavodlarının tələblərinə cavab verən, müasir mühəndislik texnologiyalarına dərindən yiyələnmiş, rəqabətədavamlı və innovativ tədqiqat bacarıqlarına malik yüksəkixtisaslı gəmiqayırma mühəndisləri yetişdirməkdir.

Kafedra haqqında

Gəmiqayırma və gəmi təmiri kafedrası "Azərbaycan Dövlət Dəniz Akademiyası" PHŞ-nin (ADDA) əsas tədris-elm struktur bölmələrindən biri olub, gəmilərin layihələndirilməsi, inşası və təmiri sahəsində ali təhsilli mühəndis kadrlarının hazırlığını həyata keçirir. Kafedra öz fəaliyyətini Ali Təhsilin Dövlət Standartlarına, Beynəlxalq Dəniz Təşkilatının (IMO) STCW-78 Konvensiyasının tələblərinə və İSO 9001:2015 Keyfiyyəti İdarəetmə Sisteminə müvafiq olaraq "Rəqəmsal Akademiya" mühitində qurur.

Fəaliyyət sahəsi

· Bütün təhsil formaları üzrə tədris planlarında nəzərdə tutulmuş mühazirə, laboratoriya, praktiki və trenajor dərslərinin yüksək elmi-nəzəri səviyyədə aparılması.

· Fənlər üzrə tədris proqramlarının (sillabusların), dərslik, dərs vəsaiti və metodiki göstərişlərin hazırlanması və "Elektron Akademiya" (EMPRO) sisteminə inteqrasiyası.

· Tələbələrin gəmiqayırma və gəmi təmiri zavodlarında tədris, istehsalat və diplomqabağı təcrübələrinin təşkili, onlara rəhbərlik edilməsi və qiymətləndirilməsi.

· Kurs işləri və layihələrinə, həmçinin buraxılış işlərinə və magistr dissertasiyalarına elmi rəhbərliyin həyata keçirilməsi.

· Kafedra əməkdaşlarının iştirakı ilə profilə uyğun elmi-tədqiqat işlərinin (ETİ) aparılması və tələbələrin bu tədqiqatlara cəlb edilməsi.

Xidmətlər

Tələbə və əməkdaşlara göstərilən xidmətlər:

· Tələbələrin sərbəst və müstəqil işlərinə metodiki rəhbərlik və məsləhət xidmətlərinin (konsultasiyaların) verilməsi.

· EMPRO platforması üzərindən elektron jurnallar vasitəsilə davamiyyət və cari qiymətləndirmə xidmətlərinin operativ tətbiqi.

· Tələbələrin layihə və buraxılış işlərinin elmi orijinallığının "StrikePlagiarism" sistemi vasitəsilə yoxlanılması və oxşarlıq hesabatlarının verilməsi.

· Aparıcı gəmiqayırma və gəmi təmiri zavodlarında istehsalat təcrübəsinə göndərilən tələbələr üçün müəssisələrlə əlaqələndirmə və təlimatlandırma dəstəyi.

· Professor-müəllim heyətinin dərs yükünün bölgüsü və fərdi iş planlarının Elektron Sənəd Dövriyyəsi (ESD) vasitəsilə təsdiqlənməsi xidməti.

İxtisaslar

Görülmüş işlər və nəticələr

· Rəqəmsal idarəetməyə keçid: Kafedranın bütün sillabusları və fənn proqramları 100% "Elektron Akademiya" (EMPRO) sisteminə yüklənmiş və təsdiq edilmişdir.

· Sənaye təcrübəsi: Ötən tədris ilində 100-dən çox tələbə respublikanın aparıcı gəmiqayırma və gəmi təmiri zavodlarında istehsalat təcrübəsini uğurla başa vurmuş və nəticələri təlim kitabçalarında öz əksini tapmışdır.

· Elmi dürüstlük: Kafedra üzrə müdafiəyə təqdim olunan kurs və buraxılış işlərinin tamamı antiplagiat yoxlamasından keçirilmiş və I oxşarlıq əmsalı müəyyən edilmiş 50% limitinin altında saxlanılmışdır.

· Nəşr və innovasiya: Kafedranın professor-müəllim heyəti tərəfindən 10-dan çox dərslik və metodiki vəsait nəşr edilmiş, beynəlxalq elmi bazalarda (Scopus, Web of Science) məqalələr dərc olunmuşdur. Ətraflı məlumat üçün ADDA Elmi Fəaliyyət bölməsinə keçid edə bilərsiniz.

Strateji hədəflər üzrə öhdəliklər

· Tədrisin İnnovativləşməsi: Tədris prosesində müasir təlim texnologiyalarından (CAD/CAM/CAE sistemləri, virtual modelləşdirmə) istifadəni daha da genişləndirmək və onları kurrikuluma tam inteqrasiya etmək.

· Sənaye ilə İnteqrasiya (Industry-Academia): Gəmiqayırma sənayesinin real tələblərinə cavab verən tədqiqat layihələri hazırlamaq və zavodlarla birgə elmi-tədqiqat işlərinin (təsərrüfat hesablı müqavilələrin) həcmini artırmaq.

· Keyfiyyətin Davamlı Yüksəldilməsi: Akademiyanın KİS tələblərinə uyğun olaraq müəllimlərin peşəkarlıq səviyyəsini mütəmadi qiymətləndirmək və onları beynəlxalq ixtisasartırma proqramlarına cəlb etmək.

Tez-tez verilən suallar