Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Kafedra

Humanitar fənlər kafedrası

Kafedranın missiyası

Tələbələrdə fəal vətəndaş mövqeyi formalaşdırmaq, onları azərbaycançılıq ruhunda tərbiyə etmək, milli və ümumbəşəri dəyərlərə hörmət hissi aşılamaq, onlarda güclü "soft skills" (yumşaq bacarıqlar) formalaşdırmaqdır.

Kafedra haqqında

Humanitar fənlər kafedrası Akademiyada müxtəlif ixtisaslarda təhsil alan tələbələrin intellektual səviyyəsinin, milli-mənəvi dəyərlərinin və vətəndaş mövqeyinin formalaşdırılmasında mühüm rol oynayır. Kafedra tələbələrdə tənqidi və analitik düşüncə, etik yanaşma və sosial məsuliyyət kimi keyfiyyətlərin inkişafına xüsusi diqqət yetirir. Zəngin elmi-pedaqoji təcrübəyə malik olan professor-müəllim heyəti tədris prosesində müasir innovativ texnologiyalar və təlim üsullarından geniş istifadə edir. Nəticədə, tələbələr yalnız peşəkar sahədə deyil, eyni zamanda cəmiyyətin fəal vətəndaşları kimi formalaşaraq müasir dövrün tələblərinə cavab verən rəqabətqabiliyyətli və hərtərəfli inkişaf etmiş mütəxəssislərə çevrilirlər. O cümlədən, kafedra Beşillik tədqiqat planı əsasında Gəmiçilikdə humanitar və dilçilik problemləri istiqamətində aktual mövzularda elmi-tədqiqat işlərini yerinə yetirir.

Fəaliyyət sahəsi

· Humanitar və sosial elmlər üzrə mühazirə və seminar məşğələlərinin yüksək səviyyədə təşkili, sillabusların EMPRO sisteminə daxil edilməsi.

· Tələbələr arasında məqsədyönlü təlim-tərbiyə işlərinin və müvafiq ictimai-humanitar tədbirlərin təşkili.

· Yay semestrində kredit qazanılması məqsədilə humanitar fənlər bölümünə daxil olan seçmə fənlərin tədrisinin həyata keçirilməsi.

· Humanitar sahə üzrə elmi-tədqiqat işlərinin aparılması, dərslik və metodiki vəsaitlərin nəşri.

Xidmətlər

Tələbə və əməkdaşlara göstərilən xidmətlər:

· Tələbələrin elmi-tədqiqat (referat, sərbəst iş) işlərinə metodiki rəhbərlik və konsultasiyaların verilməsi.

· "Elektron Akademiya" platforması (Elektron Jurnal) vasitəsilə davamiyyətin uçotu və cari qiymətləndirmə xidməti.

· Tələbə və müəllimlər tərəfindən hazırlanmış humanitar yönümlü məqalələrin "StrikePlagiarism" xidməti vasitəsilə yoxlanılması.

· Müəllimlərin fərdi iş planlarının və dərs yükünün Elektron Sənəd Dövriyyəsi (ESD) vasitəsilə tənzimlənməsi.

Görülmüş işlər və nəticələr

· Rəqəmsal idarəetmə: Kafedrada tədris olunan fənlərin bütün sənədləşməsi (sillabuslar) EMPRO platformasına 100% inteqrasiya edilmişdir.

· Elmi-metodiki işlər: Kafedra tərəfindən çoxsaylı metodiki vəsaitlər, məqalələr və konfrans materialları dərc edilmişdir. Tədqiqatlarla bağlı ətraflı məlumatı ADDA Elmi Nəşrlər səhifəsindən əldə edə bilərsiniz.

· Akademik Dürüstlük: Kafedra tərəfindən hazırlanan elmi materialların tamlığı antiplagiat sistemi vasitəsilə (50% limiti daxilində) təmin edilmişdir.

Strateji hədəflər üzrə öhdəliklər

· Tədrisin İnnovativləşməsi: Tədris prosesində interaktiv humanitar tədris mühitini, plüralizmi və etik dəyərləri daha aktiv təşviq etmək.

· Sosial İnteqrasiya: Gələcək dənizçilərin qlobal cəmiyyətə adaptasiyası üçün "Soft skills" inkişaf etdirməyə yönəlmiş xüsusi seminarlar və ustad dərsləri təşkil etmək.

· Keyfiyyətin Təminatı: Daxili Audit Komissiyası vasitəsilə müəllimlərin fəaliyyətini mütəmadi qiymətləndirmək və elektron sistem üzərindən korrektiv (CAPA) tədbirlər icra etmək.

Tez-tez verilən suallar