Binalar və maddi-texniki baza
Gəmiçiliyin donanması müasir gəmilərlə zənginləşdikcə, Akademiyanın tədris prosesi də yeni trenajorlarla təmin edilir və laboratoriya şəbəkəsi genişlənir.
Binalar
Akademiyanın yeni korpusu 2016-cı ildən tələbələrin istifadəsinə verilib. Kazım Kazımzadə küçəsi 127 ünvanındakı dördmərtəbəli bina «Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi» QSC-nin vəsaiti hesabına əsaslı təmir edilib və ərazisi abadlaşdırılıb.
Trenajorlar
Beynəlxalq Konvensiyanın B-1/12 bölməsinin tələblərinə cavab verən trenajorlar tədris prosesində istifadə olunur:
- Engine Room Simulator ERS4000
- NT-4000
- TQS
- NS-3000
- «Radar», «Naviqasiya», «Elektron xəritə çəkmə», GMDSS trenajorları
Təlim Tədris Mərkəzinin avadanlığı
- Qravitasiya tipli AT xilasetmə qayığı
- «Wiking» xilasetmə salı
- Qlobal Dəniz Fəlakət və Əmniyyətli Rabitə Sistemi (QDFƏRS) trenajoru — POSEIDON və TRANSAS istehsalı
- QDFƏRS-in real avadanlığı
- «Radar müşahidəsi və təsviri, avtomatik radar müşahidəsi vasitələrinin istismarı» trenajoru — POSEIDON istehsalı
- «Elektron Xəritə Displeyinin və İnformasiya Sistemlərinin İstismar Qaydaları» trenajoru
- «Sürətli xilasetmə qayıq mütəxəssisi» hazırlığı trenajoru — TRANSAS istehsalı
Akademiya auditoriya, laboratoriya və tədris kabinələrini ən müasir texniki-təlim vasitələri ilə davamlı zənginləşdirir.
