Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Şöbə

Mühasibat uçotu və hesabatı şöbəsi

Şöbənin missiyası

Akademiyanın maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu, əmək haqqının və xərclərin təyinatı üzrə ödənilməsi, maddi qiymətlilərin qorunması və hesabatların vaxtında təqdim edilməsi.

Şöbə haqqında

  • Şöbəyə rəhbərliyi şöbə rəisi həyata keçirir. Şöbə rəisini vəzifəyə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin rəhbərliyi təyin edir və vəzifədən azad edir.

Şöbənin əsas vəzifələri :

  • Mövcud qanunvericiliyə uyğun olaraq Akademiyanın mühasibat uçotunu beynəlxalq maliyyə hesabatları standartlarına (BMHS) uyğun şəkildə təşkil etmək;
  • Mühasibat uçotunu SAP ERP sistemində nəzərdə tutulmuş standartlar əsasında formalaşdırmaq;
  • Təsərrüfat əməliyyatları üzrə ilkin uçot sənədlərinin, eləcə də registlərin qüvvədə olan normativ hüquqi sənədlərin tələblərinə uyğun tətbiq edilməsini təmin etmək;
  • Əsas vəsaitlərin, qeyri-maddi aktivlərin və onların köhnəlməsinin, maliyyə və kapital qoyuluşlarının və digər aktivlərin uçotunu aparmaq;
  • Alıcılar və sifarişçilərlə, malsatan və podratçılarla, təhtəlhesab şəxslərlə hesablaşmaların uçotunu aparmaq;
  • Satışdan və satışdankənar əməliyyatlardan gəlirlərin və zərərlərin eləcə də, mənfəətin bölüşdürülməsinin və ya zərərin ötürülməsinin uçotunu aparmaq;
  • Hesablaşma və valyuta hesablarında olan pul vəsaitlərinin, qiymətli kağızların və ciddi hesabat blanklarının uçotunu aparmaq;
  • Büdcə və büdcədənkənar fondlarla hesablaşmaların uçotunu aparmaq;
  • Bank kreditlərinin və s. borclar üzrə əməliyyatların habelə təsərrüfat fəaliyyəti nəticəsində baş verən digər əməliyyatların uçotunu aparmaq;
  • Balans maddələri üzrə inventarizasiyanın təşkili, aparılması və nəticələrinin uçotda əks etdirilməsini təmin etmək.

“Mühasibat uçotu və hesabatı” şöbəsi maliyyə resurslarını bölüşdürmək və ödənişlər, hesablaşma, kredit və s. maliyyə sənədlərini qüvvədə olan qanunvericilik, müqavilə qaydaları, təlimatlar, həmçinin təsdiq edilmiş plan və smetalara riayət etməklə imzalamaq, Akademiyanın maliyyə-iqtisadi fəaliyyəti ilə bağlı olan bütün sənədləri imzalamaq və viza vermək səlahiyyətlərinə malikdir.

Fəaliyyət sahəsi

Bütün maliyyə-təsərrüfat fəaliyyəti üzrə mühasibat uçotunun düzgün təşkili.
Xərc maddələri üzrə vəsaitin təyinatı üzrə və səmərəli istifadəsinə nəzarət, maliyyə, büdcə və ştat intizamına riayət.
Əmək haqqı fondunun xərclənməsi, vəzifə maaşlarının və əlavələrin ştat cədvəlinə uyğun hesablanması və ödənilməsi.
Əmlakın, pul vəsaitinin və hesablaşmaların inventarizasiyası, maddi-məsul şəxslərin təlimatlandırılması, çatışmazlıq və mənimsəmə hallarının qarşısının alınması.
Aylıq, rüblük və illik balansın və hesabatların tərtibi və ASCO-ya, Elm və Təhsil Nazirliyinə, Dövlət Vergi Xidmətinə, Statistika Komitəsinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdimi.
Xəzinədarlıq orqanları ilə əməliyyatların üzləşdirilməsi və büdcə ilə hesablaşmalar.
Kommersiya sirrinin və xidməti məlumatların qorunması.

Quruluş və idarəetmə

Şöbəyə rektorun təqdimatı əsasında ASCO-nun sədrinin təyin etdiyi baş mühasib rəhbərlik edir və şöbənin işinə şəxsən cavabdehdir. Şöbədə baş mühasibin müavini, iqtisadçı və iki mühasib çalışır; onları rektor təyin edir.

Şöbə öz işində Vergi və Əmək məcəllələrini, «Təhsil haqqında» Qanunu, ASCO-nun və Elm və Təhsil Nazirliyinin əmrlərini rəhbər tutur və ASCO-nun struktur vahidləri ilə qarşılıqlı əlaqədə işləyir.