Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində

Missiya

Tədris, elmi-tədqiqat və tərbiyə prosesləri üçün lazım olan nəşriyyat-poliqrafiya materiallarının hazırlanması və çapı.

Haqqında

Mətbəə Azərbaycan Dövlət Dəniz Akademiyasının bir struktur bölməsi olub, Beynəlxalq əlaqələr və elmi işlər üzrə prorektora tabedir.

Mətbəədə nəşriyyat-poliqrafiya sahəsində böyük təcrübəyə və mükəmməl biliyə malik işçilər çalışır.

Mətbəənin texniki təchizatı:

- 2 ədəd ən yeni “ProDesk 400 G2 Corei5 3GHz 500 gb” tipli kompyuterlə təchiz edilmişdir ki, bu da müasir kompyuter proqramları ilə işləməyə imkan verir.

- “Xerox-7830” tipli müasir rəngli çap işini aparmağa imkan verən ən yeni printerlər sinifindəndir.

- “Duplo DP-430e” tipli ağ-qara çap maşını vardır ki, 6 dəyişən sürətlə müxtəlif rejimlərdə, A3 formatlı (və ondan çox kiçik formatlarda) çap işlərini yerinə yetirməyə imkan verir.

- Paket laminasiya aparatında A3 formatdan kiçik ölçüdə kağızın üzərinə isti halda 0,25mkm¸250mkm qədər plyonka çəkmək mümkündür.

- Dəftərtikən aparatla 130 səhifəyə qədər dəftər tipli məlumatlar tikilir.

- Fastbind Elite cildləmə aparatının köməyi ilə yumşaq və ya sərt cildli kitabları tikmədən istifadə etmədən etibarlı və operativ cildləmək mümkündür. Onun köməyi ilə 4 sm-ə qədər qalınlıqda A3 formata qədər ölşüdə jurnal, kitab və broşürlər hazırlanır.

- Xerox WorkCentre 3335 printeri ayda 50000 nüsxəyə qədər cap etməyə imkan verən unversal qurğudur. 600x600 dpi sıxlıqlı skaner, surətçıxarma və 1200x1200 dpi sıxlıqda 60-200 q/m2 qalınlıqda müxtəlif tipli kağızlarda çap imkanına malikdir.

- GMP 355 laminator çap məhsullarının laminasiyası üçün peşəkar bir rulon laminatorudur. Inteqral infraqırmızı istilik elementi olan 6 ədəd silikon vala, temperaturun və sürətin rəqəmsal tənzimlənməsinə malikdir. Laminator saatda A3 formatında 200 vərəq laminasiya etməyə imkan verir.

- A350 perforasiya aparatı dörd fərqli dəyişdirici zolaq sayəsində lazım olan iş üçün asanlıqla sazlana bilir. Bunun vasitəsilə 60-300 q/m2 qalınlığına qədər kağızı biqovka və perforasiya etmək mümkündür. Biqovka və perforasiya alətləri asanlıqla dəyişdirilir.

- ASSİS A-806 aparatı 12 vərəqə qədər perforasiya və 250 vərəqə qədər kitabçaların, broşürlərin plastik yayla hazırlanması üçün idealdır. A3 formata qədər kitabçaları asanlıqla bağlamaq olur.

- Boway BW-480Z3 kağız kəsicisi proqramlaşdırma qabiliyyətli kifayət qədər yığcam elektrik kəsicidir. Bu kəsici 480 sm enində və 4 sm hündürlüyündə istənilən kağız məmulatını kəsməyə imkan verir. İnfraqırmızı kəsmə xətti və təhlükəsizliyi təmin edən sensorlarla təchiz edilmişdir.

Mətbəənin gördüyü işlər:

Mətbəə Akademiyanın bütün strukturlarının nəşriyyat-poliqrafiya işlərini yerinə yetirmək gücünə malikdir.

İl ərzində 200000 nüsxədən çox sürətçıxarma işi, dərslik və dərs vəsaitləri, 10000-dən çox mühazirə konspekti, fənn proqramları, tədris prosesinə lazım olan çap materialları, ADDA-nın Elmi əsərləri” məcmuəsi, monoqrafiyalar və s. hazırlayır.

Fəaliyyət sahəsi

Tədris, elmi-tədqiqat və tərbiyə proseslərinə lazım olan bütün nəşriyyat-poliqrafiya materiallarının hazırlanması və çapı.
Tematik plan üzrə əsərlərin çapı, nəşr planının yerinə yetirilməsində iştirak.
Kitabxana fondunun zənginləşdirilməsi üçün materialların hazırlanması.
Nəşriyyat-poliqrafiya məhsullarının istehsal proqramının tərtibi.
Müəlliflərin elektron sənəd dövriyyəsi ilə göndərdiyi və rəhbərliyin təsdiq etdiyi təqdimatlar əsasında tapşırıqların icrası.
Avadanlıqdan səmərəli istifadə, işin sənədləşdirilməsi və mühasibatlığa təhvili.

Quruluş və idarəetmə

Mətbəəyə rektorun təyin etdiyi müdir rəhbərlik edir; strukturunu və işçilərin sayını rektor müəyyən edir. Müdir mətbəənin fəaliyyətinə, istismarına və daxili nizam-intizam qaydalarına əməl olunmasına bilavasitə rəhbərlik edir.

Mətbəə nəşriyyat-poliqrafiya sərgilərində, seminar və yığıncaqlarda Akademiyanı təmsil edə, tapşırıqları həll etmək üçün bölmələrdən material və məlumat ala bilər.