Tətbiqi mexanika kafedrası
2015-ci ildə yaradılıb
- FakültəGəmi mexanikası və elektromexanikası fakültəsi
- Əməkdaş27
- Telefon(012) 4043700, daxili 3035(103)
- Qəbul saatlarıIII - V, 14:00 – 16:00
Kafedranın missiyası
Dəniz və mühəndislik sənayesinin tələblərinə cavab verən, güclü analitik və mexaniki biliklərə sahib, innovativ problemləri həlletmə bacarığına malik rəqabətədavamlı mühəndis kadrların təməl hazırlığını təmin etməkdir.
Kafedra haqqında
Tətbiqi mexanika kafedrası “Azərbaycan Dövlət Dəniz Akademiyası” PHŞ-nin (ADDA) fundamental mühəndislik hazırlığını həyata keçirən əsas tədris-elm struktur bölmələrindən biridir. Kafedrada dərslər müasir tələblərə cavab verən fizika, kimya, texniki mexanika, metrologiya və standartlaşdırma laboratoriyalarında, müasir kompüter texnologiyaları və multimedia vasitələri ilə təchiz olunmuş ixtisaslaşdırılmış auditoriyalarda aparılır.
Fəaliyyət sahəsi
· Tədris planlarında nəzərdə tutulmuş ümummühəndislik və mexanika fənləri üzrə mühazirə, məşğələ və laboratoriya dərslərinin yüksək elmi-nəzəri səviyyədə aparılması.
· Fənlər üzrə tədris proqramlarının (sillabusların), dərslik və dərs vəsaitlərinin hazırlanması və “Elektron Akademiya” (EMPRO) sisteminə inteqrasiyası.
· Tələbələrin kurs işləri və layihələrinə rəhbərlik edilməsi, onların fundamental elmi-tədqiqat işlərinə (ETİ) cəlb olunması.
· Mexanika sahəsində sənaye ehtiyaclarına uyğun tətbiqi elmi tədqiqatların aparılması və nəticələrin tədris prosesinə tətbiqi.
Xidmətlər
Tələbə və əməkdaşlara göstərilən xidmətlər:
· Tələbələrin sərbəst və müstəqil işlərinə metodiki rəhbərlik və məsləhət xidmətlərinin göstərilməsi.
· EMPRO platforması vasitəsilə tələbələrin davamiyyətinin və cari akademik nəticələrinin operativ elektron qeydiyyatı.
· Layihə və kurs işlərinin elmi orijinallığının yoxlanılması üçün "StrikePlagiarism" antiplagiat xidmətinin təmin edilməsi.
· Professor-müəllim heyətinin dərs yükünün və fərdi iş planlarının Elektron Sənəd Dövriyyəsi (ESD) vasitəsilə idarə olunması.
Görülmüş işlər və nəticələr
· Rəqəmsal transformasiya: Kafedra üzrə tədris olunan bütün fənlərin sillabusları 100% “Elektron Akademiya” sisteminə daxil edilmiş və elektron təsdiq prosesindən keçmişdir.
· Akademik dürüstlük: Tələbə və müəllimlər tərəfindən təqdim olunan kurs işi və məqalələrin 100%-i antiplagiat yoxlamasından keçirilərək, I oxşarlıq əmsalının 50% limitinin altında olması təmin edilmişdir.
· Elmi-metodiki baza: Son 3 il ərzində kafedranın professor-müəllim heyəti tərəfindən 15-dən çox dərslik, dərs vəsaiti və metodiki göstəriş hazırlanaraq tədris prosesinə cəlb olunmuşdur. Daha ətraflı məlumat üçün ADDA Elmi Nəşrlər bölməsinə baxa bilərsiniz.
Strateji hədəflər üzrə öhdəliklər
· Tədrisin İnnovativləşməsi: Tətbiqi mexanika fənlərinin tədrisində müasir kompüter modelləşdirməsi (CAD/CAE) proqramlarının istifadəsini genişləndirmək.
· Keyfiyyətin Təminatı: Daxili Audit Komissiyasının tövsiyələri əsasında laboratoriya dərslərinin effektivliyini artırmaq və CAPA tədbirlərini rəqəmsal mühitdə izləmək.
· Sənaye-Akademiya İnteqrasiyası: Nəzəri mexaniki biliklərin gəmiçilik və gəmiqayırma sənayesindəki praktiki tətbiqini gücləndirmək üçün sənaye mütəxəssisləri ilə birgə ustad dərsləri (master-class) təşkil etmək.

