Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Akademiya

"Fizika" laboratoriyası

LaboratoriyaOtaq 102 (II korpus)

Haqqında

Laboratoriya 2017-ci ildə alınmış avadanlıqlarla təchiz edilmişdir və tələbələrə fizikanın əsas qanun və prinsiplərini təcrübi şəkildə öyrənməyə imkan verir. Burada mexanika, molekulyar fizika, termodinamika, elektromaqnetizm, optika və kvant mexanikasına dair laboratoriya işləri yerinə yetirilir. Laboratoriyada Oberbek rəqqası vasitəsilə ətalət momentinin təyini, qazların xüsusi istilik tutumları nisbətinin müəyyənləşdirilməsi, yarımkeçiricilərin xassələrinin və Xoll əmsalının təyini, fotoeffekt hadisəsinin öyrənilməsi və Plank sabitinin hesablanması kimi təcrübələr aparılır. Bütün cihaz və avadanlıqlar ISO 17.01 beynəlxalq standartının tələblərinə uyğun olaraq xüsusi stellajlarda yerləşdirilmişdir.

İnventar

Ad
Tədris laboratoriya avadanlığı НТЦ-22.04.3.С Oberbek rəqqası (mexanika)
Tədris laboratoriya avadanlığı НТЦ-22.05.4.С Sabit təzyiq və sabit həcmdə istilik tutumlarının nisbətinintəyin edilməsi (mexanika)
T.L.A. НТЦ-22.01.25.С Yarımkeçirici materialların tədqiqi (elek.)
T.L.A. НТЦ-22.01.3.С Hidrogen atomunun spektrinin tədqiqi (atom)
T.L.A. НТЦ-22.01.2.С Xarici fotoeffektin öyrənilməsi (atom)
T.L.A. НТЦ-22.04.5.С Kürələrin toqquşmqsı (mexanika)

Tutum

20

Məsul şəxs

İradə Kərim qızı Əliyeva

Əlavə sənədlər

Fotolar

Foto qalereya2