“Texniki mexanika” laboratoriyası
Haqqında
Laboratoriya 2025-ci ildə yenilənmiş avadanlıqlarla təchiz olunmuşdur. Burada müxtəlif dişli çarxlar, zəncir və qayış ötürmələrini əks etdirən eksponatlar vasitəsilə yığım vahidlərinin əsas parametrləri müəyyən edilir. Dişli və şlis birləşməli mexanizmlər (sürət qutuları və reduktorlar) üzərində praktiki izahlar aparılır, onların konstruktiv xüsusiyyətləri və fərqləri tələbələrə açıqlanır. Müxtəlif sərbəstlik dərəcəsinə malik qovşaqların hərəkət xarakteristikaları hesablama üsulu ilə müəyyən edilir. Birpilləli və ikipilləli reduktorların fərqləri, sonsuz vint ötürmələri və dişli çarxların mümkün xətaları izah olunur. Laboratoriyada yerləşdirilmiş yeni sınaq stendi (Kopyor) vasitəsilə material nümunələrinin zərbəyə davamlılığı müəyyən edilir. Bütün cihaz və avadanlıqlar ISO 17.01 beynəlxalq standartının tələblərinə uyğun olaraq xüsusi stellajlarda yerləşdirilmişdir.
İnventar
| Ad |
|---|
| Yastı mexanizmlərin modelləri |
| Diyirlənmə üsulu ilə dişlərin evolvent profelinin qurulmuş modeli |
| Bəndlərin ətalət momentini təyin edən qurğular |
| Yumruqlu mexanizm |
| Dişli mexanizmlər |
| Dişli çarxların konstruksiyaları ilə tanışlıq |
| Reduktorların konstruksiyaları. İkipilləli silindrik dişli çarx reduktorunun həndəsi parametrlərinin təyini |
| Qayış ötürməsinin həndəsi parametrlərinin təyini |
| Diyirlənmə sürtünməsi yastıqlarının konstruksiyaları |
| Muftaların konstruksiyaları |
Tutum
18

