Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Akademiya

"Metroloqiya standartlaşdırma və sertifikatlaşdırma" laboratoriyası

LaboratoriyaOtaq 411 (II korpus)

Haqqında

Laboratoriya “Metrologiya, standartlaşdırma və sertifikatlaşdırma” fənninin tədrisi üçün zəruri ölçmə vasitələri və avadanlıqlarla təchiz edilmişdir. Burada etalonlar, ştangenalətlər, mikrometrlər, saat tipli indikatorlar, etalon kələkötürlük nümunələri, çəki daşları, optimetrlər, optikatorlar, bucaqölçənlər, dişli çarxların xətalarını müəyyən etmək üçün xüsusi qurğular, həmçinin elektrik ölçmələrinə aid voltmetrlər, ampermetrlər və yüksək dəqiqlikli ölçü vasitələri mövcuddur. Tədris plakatları mühazirə materialları ilə praktik ölçmələr arasında əlaqələndirici rol oynayır. Bütün cihaz və avadanlıqlar ISO 17.01 beynəlxalq standartının tələblərinə uyğun şəkildə xüsusi stellajlarda yerləşdirilmişdir.

İnventar

Ad
Ştangen alətlərlə ölçmələrin aparılması və ölçmə xətalarının qiymətləndirilməsi
Mikrometrik alətlərlə ölçmələrin aparılması və ölçmə xətalarının qiymətləndirilməsi
Optik bucaq ölçənlə ölçmələrin aparılması və ölçmə xətalarının qiymətləndirilməsi
Saat tipli indiqatorla ölçmələrin aparılması və ölçmə xətalarının qiymətləndirilməsi.
Müşahidələrin sayı n>30-dan çox olan bir başa ölçmə nəticəsinin və xətanın qiymətləndirilməsi

Tutum

18

Məsul şəxs

Yusif Nadir oğlu Həsənov

Əlavə sənədlər

Fotolar

Foto qalereya3