“Texniki mexanika” laboratoriyası
Haqqında
Laboratoriyada müxtəlif dişli çarxlar, zəncir və qayış ötürmələri nümayiş etdirilir. Burada müxtəlif material nümunələrinin dartılma və sıxılma sınaqlarını aparmaq mümkündür. Təcrübələr nəticəsində materialların möhkəmlik və deformasiya xüsusiyyətləri müəyyən edilir. Sensorlar vasitəsilə əldə olunan məlumatlar ekrana ötürülür və avtomatik rejimdə diaqramlar qurulur. Diaqramlarda materialların əsas mexaniki xassələri əks olunur. Eyni zamanda, səpələnmiş yüklər vasitəsilə dönmə bucaqlarının və əyilmə momentlərinin təyini üçün xüsusi qurğular mövcuddur. Avadanlıqlar ISO 17.01 beynəlxalq standartına uyğun şəkildə yerləşdirilmişdir.
İnventar
| Ad |
|---|
| Yastı mexanizmlərin modelləri |
| Diyirlənmə üsulu ilə dişlərin evolvent profelinin qurulmuş modeli |
| Bəndlərin ətalət momentini təyin edən qurğular |
| Yumruqlu mexanizm |
| Dişli mexanizmlər |
| Dişli çarxların konstruksiyaları ilə tanışlıq |
| Reduktorların konstruksiyaları. İkipilləli silindrik dişli çarx reduktorunun həndəsi parametrlərinin təyini |
| Qayış ötürməsinin həndəsi parametrlərinin təyini |
| Diyirlənmə sürtünməsi yastıqlarının konstruksiyaları |
| Muftaların konstruksiyaları |
Tutum
18

