Elmi Şura
«Azərbaycan Dövlət Dəniz Akademiyası» Publik Hüquqi Şəxsinə ümumi rəhbərlik Elmi Şura tərəfindən həyata keçirilir.
Şuranın tərkibi Təhsil Nazirliyinin 10 noyabr 1997-ci il tarixli 792 nömrəli «Ali təhsil müəssisəsinin Elmi Şurası haqqında Əsasnamə»yə və «Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi» QSC-nin 6 dekabr 2023-cü il tarixli 13-3/2-4641/2023 nömrəli məktubuna əsasən təsdiq edilib.
Sədr
İradə Süleymanova
Tədrisin təşkili və idarəedilməsi üzrə prorektor, rektor vəzifəsinin icrasını müvəqqəti həyata keçirən
Üzvlər
| Ad | Vəzifə |
|---|---|
| Almaz Yaqub qızı İmanova | Elmi katib |
| Elnur Oruc oğlu Abbasov | «Gəmi sürücülüyü» fakültəsinin dekanı |
| Rafiq Xəlil oğlu Əsgərov | «Gəmi mexanikası və elektromexanikası» fakültəsinin dekanı |
| Emil Məmmədniyaz oğlu Manafov | Təlim Tədris Mərkəzinin direktoru |
| Əsədullah Mahmud oğlu Süleymanov | Tədris prosesinin təşkili şöbəsinin müdiri |
| Həzi Nəbi oğlu Nəbiyev | «Dəniz naviqasiyası» kafedrasının müdiri |
| Akif Şəmil oğlu İsmayılov | «Gəmi energetik qurğuları» kafedrasının müdiri |
| Elşən Fəxrəddin oğlu Sultanov | «Gəmi elektroavtomatikası» kafedrasının müdiri |
| İsaq Abuzər oğlu Xankişiyev | «Gəmiqayırma və gəmi təmiri» kafedrasının müdiri |
| İsmayıl Hüseyn oğlu Dünyamalıyev | Həmkarlar təşkilatının sədri |
| Rüslan Ramiz oğlu Əlicanov | Tələbə Elmi Cəmiyyətinin sədri |
| Fuad Aqil oğlu Rəşidli | Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri, 054İ qrup tələbəsi |
Səlahiyyətlər
Elmi Şura:
- ADDA-nın Nizamnaməsini qəbul edir, ona əlavə və dəyişikliklər üçün təkliflər verir;
- İnkişaf Proqramını təsdiq edir, inkişafın əsas istiqamətlərini, tədris və elmi fəaliyyət məsələlərini, beynəlxalq əlaqələri həll edir;
- Tələbə, müəllim, əməkdaş, doktorant və dinləyicilər üçün daxili intizam qaydalarını təsdiq edir;
- Əsasnamə, təlimat və digər normativ sənədləri təsdiq edir;
- Hər il rektorun fəaliyyət hesabatını və maliyyə hesabatını dinləyir;
- Mütəxəssis və elmi-pedaqoji kadr hazırlığı, əlavə təhsil, təlim-tərbiyə və elmi-tədqiqat məsələlərini həll edir;
- Komissiyalar yaradır, hesabatlarını dinləyir və qərar qəbul edir;
- Şura üzvləri arasından elmi katib seçir;
- Fakültə, kafedra və digər struktur bölmələrin yaradılması, ləğvi və yenidən təşkili məsələlərini həll edir;
- Fakültələrin tədris, elmi-tədqiqat və tərbiyə işləri barədə hesabatlarını dinləyir;
- «Professor» və «dosent» elmi adlarının verilməsi üçün Ali Attestasiya Komissiyası qarşısında vəsatət qaldırır;
- Əməkdaşları fəxri ad, mükafat, orden və medallara təqdim edir;
- Tədris planlarını təsdiq edir.
İş qaydası
| Məsələ | Qayda |
|---|---|
| Səlahiyyət müddəti | 3 il |
| İclasların tezliyi | ayda ən azı bir dəfə |
| Yetərsay | üzvlərin ən azı 2/3 hissəsi |
| Qərar qəbulu | iştirakçıların 50%-dən çoxunun səsi |
| Səsvermə | açıq; elmi ad və fəxri adlar üzrə gizli |
| Qüvvəyə minmə | rektorun təsdiqindən sonra |
Şura təsdiqlənmiş iş planı əsasında fəaliyyət göstərir. İclaslar protokollaşdırılır, sədr və katib tərəfindən imzalanır və elmi katibdə saxlanılır. Sədr qərarların icrasının müntəzəm yoxlanılmasını təşkil edir.
Şuranın vaxtından əvvəl yenidən yaradılması üzvlərin ən azı 2/3 hissəsinin tələbi ilə mümkündür. Qərarın obyektiv olmadığı və ya qanunvericiliyə zidd olduğu müəyyənləşdikdə, qərar «Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi» QSC və Elm və Təhsil Nazirliyi tərəfindən ləğv oluna bilər.
