Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün elanlar
Normal

2020/2021-ci tədris ilində Azərbaycan Dövlət Dəniz Akademiyasına qəbul olmaq istəyən ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ!

12 May 2020

2020/2021-ci tədris ili üçün abituriyentlərin sənəd qəbulu 2020-ci ilin 12 may-5 iyun tarixi aralığında Dövlət İmtahan Mərkəzinin rəsmi saytı üzərindən (www.dim.gov.az) elektron qaydada aparılacaq.

Ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşını almaq məqsədi ilə insanların kütləvi halda toplaşmasının mümkün qədər azaldılması Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tövsiyə edilmişdir.

Bunu nəzərə alaraq Azərbaycan Dövlət Dəniz Akademiyasının ixtisaslarına qəbul XÜSUSİ TİBBİ YOXLAMA APARILMADAN KEÇİRILƏCƏKDİR.

Tələbə adını qazanmış abituriyentlər yaşadıqları ərazi üzrə poliklinika tərəfindən verilmiş sağlamlıq haqqında arayışı ADDA-ya təqdim etməlidirlər.

Reaksiyanızı bildirin