Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün elanlar
Normal

ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ!

27 Mart 2019

2019/2020-ci tədris ilində Azərbaycan Dövlət Dəniz Akademiyasına qəbul olmaq istəyən

ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ!

Azərbaycan Dövlət Dəniz Akademiyasının ixtisaslarını seçən abituriyentlər elektron ərizələrini təsdiq etdikdən sonra 01 aprel - 31 iyul tarixlərində Kazım Kazımzadə küç., 120A ünvanında yerləşən (“Elmlər Akademiyası” metrosu yaxınlığında, Mərkəzi Gömrük Hospitalının yanı) “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Dənizçilər poliklinikası” MMC-yə müraciət etməlidirlər.

İş günləri: I – VI günlər.

İş saatları: 900 – 1430.

Abituriyentlər tibbi komissiyaya aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Şəxsiyyət vəsiqəsi, hərbi qeydiyyata alınma haqqında vəsiqə (və ya hərbi bilet), abituriyentin elektron ərizəsi (iş nömrəsi)
  2. Ruhi əsəb dispanserindən arayış, narkoloji dispanserdən arayış, xəstəliklə əlaqədar qeydiyyatda olduğu poliklinikadan qısa epikriz.

Əlaqə telefonları (ADDA üzrə)

0502780676, 0502780602, 0502755859, 4936307

                                                                                                                                                                  **Rektorluq**
Reaksiyanızı bildirin