Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün elanlar
Normal

ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ!

19 Mart 2020

2020/2021-ci tədris ilində Azərbaycan Dövlət Dəniz Akademiyasına qəbul olmaq istəyən

ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ!

2020/2021-ci tədris il üçün abituriyentlərin sənəd qəbulu Dövlət İmtahan Mərkəzinin təyin etdiyi tarixlərdə həmin qurumun rəsmi saytında elektron qaydada aparılması nəzərdə tutulur. Bununla bağlı www.dim.gov.az saytını izləməyinizi xahiş edirik.

Azərbaycan Dövlət Dəniz Akademiyası “Dəniz naviqasiyası mühəndisliyi”, “Gəmi energetik qurğularının istismarı mühəndisliyi” və “Elektrik və elektronika mühəndisliyi” ixtisasları üzrə bakalavriat səviyyəsinə qəbul olmaq istəyən abituriyentlərin nəzərinə çatdırmaq istəyir ki, həmin şəxslər “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Dənizçilər poliklinikası” MMC-də xüsusi tibbi müayinədən keçməlidirlər.

Abituriyentlər tibbi komissiyaya aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Şəxsiyyət vəsiqəsi, hərbi qeydiyyata alınma haqqında vəsiqə (və ya hərbi bilet), abituriyentin elektron ərizəsi (iş nömrəsi)
  2. Ruhi əsəb dispanserindən arayış, narkoloji dispanserdən arayış, xəstəliklə əlaqədar qeydiyyatda olduğu poliklinikadan qısa epikriz.

Tibbi müayinənin keçirilmə tarixi ilə bağlı əlavə məlumat veriləcək.

“Dənizçilər poliklinikası”-nın ünvanı: Bakı şəh. K.Kazımov küç., 120A, Mərkəzi Gömrük Hospitalının yanı.

Reaksiyanızı bildirin