Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün elanlar
Normal

ABŞ-da təhsil imkanları

15 Aprel 2026

27 aprel 2026-cı il tarixində saat 12:00-da Azərbaycan Dövlət Dəniz Akademiyası-nın I tədris binasının akt zalında Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyi nümayəndələrinin iştirakı ilə ABŞ-da təqaüdlü təhsil proqramlarına həsr olunmuş təqdimat keçiriləcəkdir.

Təqdimat Səfirliyin mədəniyyət məsələləri üzrə müşaviri Randy Cole və təhsil proqramları üzrə koordinatoru Xanım Teliova tərəfindən aparılacaqdır.

Tədbir çərçivəsində ABŞ-da təhsil imkanları, proqramlara qəbul qaydaları, təqaüd imkanları və müraciət prosedurları barədə ətraflı məlumat təqdim olunacaqdır.

Təqdimat tələbələr, magistrantlar, doktorantlar və gənc müəllimlər üçün nəzərdə tutulmuşdur.

İştirak etmək istəyənlər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər:

https://forms.gle/dsxjL1M2DSWmgUbCA

Reaksiyanızı bildirin