Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün elanlar
Normal

ADDA-da bərpa olunan enerji mənbələrinə dair seminar keçiriləcək!

14 May 2026

15 may 2026-cı il tarixində, saat 15:00-da Azərbaycan Dövlət Dəniz Akademiyası PHŞ-nin II tədris binasının (Elmlər korpusu) Akt zalında “Gəmi elektroavtomatikası” kafedrasının doktorantı Kənan Şəhrud oğlu Hüseynovun “Bərpa olunan enerji mənbələri əsasında gəmi elektrik təchizat sisteminin effektivliyinin artırılması imkanları” mövzusunda elmi seminar keçiriləcək.

Seminarda gəmilərdə alternativ enerji mənbələrinin tətbiqi üsulları, müasir dünya təcrübəsi fonunda onların effektivliyinin artırılması imkanları, bu sahədə mövcud olan elmi yanaşmalar müzakirə olunacaq.

Elmi seminar professor-müəllim heyəti, doktorantlar, magistrantlar və mövzu ilə maraqlanan hər kəs üçün açıqdır.

Reaksiyanızı bildirin