Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün elanlar
Normal

ADDA-da Beynəlxalq elmi-texniki konfrans keçiriləcək

26 Sentyabr 2022

17-18 noyabr tarixlərində Azərbaycan Dövlət Dəniz Akademiyasının “Gəmi elektroavtomatikası” kafedrasının təşkilatçılığı ilə “Şuşa **ili”**nə həsr olunmuş “Elektroenergetikanın müasir problemləri və inkişaf perspektivləri” mövzusunda online Beynəlxalq elmi-texniki konfrans keçirəcək.

İki gün davam edəcək Beynəlxalq elmi-texniki konfransda “Texniki elmlər”, “Yaşıl enerji texnologiyaları” və “Fundamental və humanitar elmlər” bölmələri üzrə müzakirələr aparılacaq.

Konfransda yerli universitetlər və təşkilatlarla yanaşı, bir sıra ölkələrdən (Rusiya, Türkiyə, Almaniya, Ukrayna, Polşa, Gürcüstan və s.) alimlərin iştirakı gözlənilir. Təqdim olunan məqalələr konfransın məruzə materialları toplusuna daxil ediləcək. Müvafiq qaydalara uyğun olaraq seçilmiş elmi məqalələr "Scopus" bazasında indeksləşəcəkdir.

Konfrans materiallarını oktyabrın 25-dək [email protected] elektron poçt ünvanına göndərmək olar. Ətraflı məlumatları aşağıdakı yükləmə linkinlərindən əldə edə bilərsiniz (əlaqə telefonu (+99455) 512 25 29 Elsevər Həsənov).

Yüklə : Az. ADDA

Загрузить : Rus ADDA

Download : Eng. ADDA

Reaksiyanızı bildirin