ADDA-da “Bilik yarışı – 2026” keçiriləcək
Azərbaycanda dənizçilik təhsilinin 145 illiyi və Azərbaycan Dövlət Dəniz Akademiyasının yaranmasının 30 illik yubileyi münasibətilə Akademiyada tələbələr arasında “Bilik yarışı – 2026” intellektual müsabiqəsi keçiriləcək.
Müsabiqənin əsas məqsədi tələbələrin bilik səviyyəsinin yoxlanılması, analitik düşünmə bacarıqlarının inkişaf etdirilməsi və akademik rəqabət mühitinin gücləndirilməsidir.
Yarış 28 aprel 2026-cı il tarixində Akademiyanın 2-ci tədris binasında keçiriləcək.
İştirak etmək istəyən tələbələr və magistrantlar 17 aprel 2026-cı il tarixinədək müvafiq fakültə dekanlıqlarına müraciət edə bilərlər

