Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün elanlar
Normal

ADDA-nın yubiley tədbirləri çərçivəsində üzgüçülük yarışı keçiriləcək

04 May 2026

7 may 2026-cı il tarixində saat 10:00-da Azərbaycan İdman Akademiyasının üzgüçülük hovuzunda Azərbaycan Dövlət Dəniz Akademiyasının 30 illiyi və Azərbaycanda dənizçilik təhsilinin 145 illiyinə həsr olunmuş yubiley tədbirləri çərçivəsində üzgüçülük üzrə idman yarışı keçiriləcək.

Proqram çərçivəsində fərdi (tək üzgüçülük üzrə) yarış və estafet (komanda) yarışı təşkil olunacaq.

Yarış xüsusi təyinatlı və mühəndislik yönümlü ali təhsil müəssisələrinin tələbələri arasında təşkil olunur və tələbələr arasında sağlam rəqabətin, fiziki hazırlığın və komanda ruhunun inkişafına xidmət edir.

Reaksiyanızı bildirin