ADDA-ya qəbul olan abituriyentlərin nəzərinə !!! (Sənəd qəbulu ilə bağlı)
Əziz tələbələr!
Sizi Azərbaycan Dövlət Dəniz Akademiyasına qəbul olunmağınız münasibəti ilə təbrik edirik.
Nəzərinizə çatdırırıq ki, 2020/2021-ci tədris ili üzrə ADDA-ya qəbul olunan abituriyentlərin
sənədlərinin qeydiyyatı onlayn formada aparılacaq.
Bunun üçün abituriyentlər aşağıdakı linkdən istifadə edərək qeydiyyatdan keçə bilərlər:
https://form.jotform.com/202672089791464 - Akademiyanın informasiya bazası
Akademiyanın informasiya bazasında onlayn qeydiyyat üçün tələb olunan ilkin sənədlər bunlardır:
- Şəxsiyyət vəsiqəsinin surəti
- Attestatın surəti
- Abituriyentin elektron ərizəsi (iş nömrəsi) və Fin kodu
- Sağlamlıq haqqında arayışın surəti (Arayışı yaşadığınız ərazi üzrə poliklinikadan ala bilərsiniz)
- 3x4 şəkil
Qeyd:
Tələbə tanışlıq məqsədi ilə Akademiyaya gələndə qeyd olunan sənədlərin əslini gətirməlidir.
Tələbələrin xüsusi geyim forması üçün aşağıdakı ölçüləri onlayn formada qeyd edilməlidir:
Pencək
Şalvar
Köynək
Palto
Yubka (qızlar üçün)
Yazılan ölçülərin dəqiqliyinə görə tələbə özü məsuliyyət daşıyır.

