Normal
Akademik borc yaranmış 2 fəndən (hər fəndən bir dəfə olmaqla) təkrar imtahanların təşkili
- Fənn cari semestrdə akademiya üzrə tədris olunmalıdır, tələbə ötən illərdən qalan akademik borcları üzrə imtahanlarda iştirak edə bilər;
- Təkrar imtahan yalnız uğursuz nəticə əldə etmiş (F) və üzürsüz səbəbdən imtahanda iştirak etməmiş tələbələr üçün təşkil oluna bilər;
- Akademiya ilə bağlanan müqavilə əsasında fənn üzrə kredit haqqının 25%-i ödənməlidir;
- Təkrar imtahanlar sessiya bitdikdən sonra və ya növbəti semestrlərin sessiyasında təşkil oluna bilər;
- 2016/17-ci tədris ilinin yaz semestrində tələbələr fənni dinləmədiyi halda təkrar imtahanlar yay imtahan sessiyası müddətində (3-5 iyul 2017-ci il) təşkil olunacaqdır;
- Tələbə fənni yaz semestrində dinləyibsə və hər hansı fəndən akademik borcu yaranırsa 2 fənn üzrə təkrar imtahanda 6-7 iyul tarixlərində iştirak edə bilər;
- Normativ təhsil müddətindən (bakalavr əyani 4 il, magistr əyani 2 il) artıq təhsil alan tələbələr təkrar imtahanlarda iştirak edə bilməz;
- imtahanlarda iştirak etmək istəyən tələbələr 30 iyun 2017-ci il tarixinə qədər dekana ərizə ilə müraciət etməlidir.

