“AZƏRBAYCAN DÖVLƏT DƏNİZ AKADEMİYASI” PUBLİK HÜQUQİ ŞƏXSİNİN BAKALAVRIAT PİLLƏSİNƏ QƏBUL OLUNMUŞ ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ!
2023/2024-cü tədris ilində bakalavriat pilləsinə qəbul olunmuş abituriyentlər 05.09.2023-cü il saat 11:00-dan 14.09.2023-cü il saat 18:00-dək Portal.edu.az*-*da qeydiyyatdan keçməlidirlər.
Qeydiyyat zamanı aşağıdakı sənədlər portala yüklənməlidir:
- Attestat;
- İlkin hərbi qeydiyyata alınma haqqında sənəd və ya hərbi bilet (oğlanlar üçün);
- Tələbənin imtiyazını təsdiq edən sənədlər (əgər varsa).
Tələb olunan sənədlərin qeyd və möhür olan bütün səhifələrinin aydın şəkildə PDF formatında sistemə yerləşdirilməsi zəruridir.
Portal.edu.az-da qeydiyyatdan keçməyən şəxslər DİM tərəfindən qəbul olunmamış şəxs kimi hesab ediləcək və barəsində qəbul əmri verilməyəcəkdir*.*
Portal.edu.az-da qeydiyyatdan keçmiş tələbələr 06.09.2023-cü il tarixindən 14.09.2023-cü il tarixinədək aşağıdakı sənədləri təqdim etməlidirlər:
- Şəxsiyyət vəsiqəsinin surəti (2 nüsxə)**;
- Attestatın əsli və surəti;
- Çağırışçı şəhadətnaməsi və ya hərbi biletin əsli və surəti;
- Tibbi arayış (forma 086);
- Narkoloji və psixoloji dispanserdən arayış;
- 8 ədəd 3x4 ölçülü fotoşəkil;
- Ödənişli tələbələr üçün ödəniş haqqında qəbzin surəti*;*
- İmtiyazlı tələbələr üçün imtiyazlı olduğunu təsdiq edən sənədin notarial qaydada təsdiq olunmuş surəti;
- Yaşayış yerindən arayış.
Sənədlərin qəbulu 06.09 - 14.09.2023-cü il tarixlərində saat 09:00-dan 16:00-dək Akademiyanın əsas korpusunda aparılacaqdır.
Qeyd: Akademiyada qeydiyyat zamanı tələbələrin geyim forması ölçüləri və yataqxanaya yerləşdirilmə üçün ərizələri götürüləcəkdir.

