Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün elanlar
Normal

“AZƏRBAYCAN DÖVLƏT DƏNİZ AKADEMİYASI” PUBLİK HÜQUQİ ŞƏXSİNİN BAKALAVRIAT PİLLƏSİNƏ QƏBUL OLUNMUŞ ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ!

11 Sentyabr 2024

Azərbaycan Dövlət Dəniz Akademiyası tələbə adı qazanmış bütün gəncləri təbrik edir, onlara gələcək təhsillərində müvəffəqiyyətlər arzulayır.

2024/2025-ci tədris ilində bakalavriat pilləsinə qəbul olunmuş abituriyentlər 28.08.2024-cü il saat 11:00-dan 06.09.2024-cü il saat 18:00-dək Portal.edu.az-da qeydiyyatdan keçməlidirlər.
Portal.edu.az-da qeydiyyatdan keçməyən şəxslər DİM tərəfindən qəbul olunmamış şəxs kimi hesab ediləcək və barəsində qəbul əmri verilməyəcəkdir.

Portal.edu.az-da qeydiyyatdan keçmiş tələbələr Akademiyaya aşağıdakı sənədləri təqdim etməlidirlər:

1. Şəxsiyyət vəsiqəsinin surəti (2 nüsxə);
2. Attestatın əsli və surəti;
3. Çağırışçı şəhadətnaməsi və ya hərbi biletin əsli və surəti;
4. Tibbi arayış (forma 086);
5. Narkoloji və psixoloji dispanserdən arayış;
6. 8 ədəd 3x4 ölçülü fotoşəkil;
7. Ödənişli tələbələr üçün ödəniş haqqında qəbzin surəti;
8. İmtiyazlı tələbələr üçün imtiyazlı olduğunu təsdiq edən sənədin notarial qaydada təsdiq olunmuş surəti;
9. Yaşayış yerindən arayış.

Sənədlərin qəbulu 28.08.2024-cü il tarixindən 06.09. 2024-cü il saat 11:00-dan 15:00-dək Akademiyanın əsas korpusunda (ünvan: Zərifə Əliyeva küçəsi 18, Sahil metrosunun yaxınlığı) aparılacaqdır.

Qeyd: Akademiyada qeydiyyat zamanı tələbələrin geyim forması ölçüləri və yataqxanaya yerləşdirilmə üçün ərizələri götürüləcəkdir.

Reaksiyanızı bildirin