Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün elanlar
Normal

“AZƏRBAYCAN DÖVLƏT DƏNİZ AKADEMİYASI” PUBLİK HÜQUQİ ŞƏXSİNİN MAGİSTRATURA PİLLƏSİNƏ QƏBUL OLUNMUŞ BAKALAVRLARIN NƏZƏRİNƏ!

09 İyul 2024

2024/2025-ci tədris ilində magistratura pilləsinə qəbul olunmuş bakalavrlar 09.07.2024-cü il tarixindən 18.07.2024-cü il saat 18:00-dək portal.edu.az ***-***da qeydiyyatdan keçməlidirlər.

Qeydiyyat zamanı aşağıdakı sənədlər portala yüklənməlidir:

  1. Diplom və diploma əlavənin əsli və surəti(cari il məzunları üçün bakalavriat səviyyəsini bitirmə haqqında arayış)

  2. İlkin hərbi qeydiyyata alınma haqqında sənəd ə ya hərbi bilet (oğlanlar üçün);

  3. Tələbənin imtiyazını təsdiq edən sənədlər (əgər varsa).

Tələb olunan sənədlərin qeyd və möhür olan bütün səhifələrinin aydın şəkildə PDF formatında sistemə yerləşdirilməsi zəruridir.

portal.edu.az-da qeydiyyatdan keçməyən şəxslər DİM tərəfindən qəbul olunmamış şəxs kimi hesab ediləcək və barəsində qəbul əmri verilməyəcəkdir*.*

portal.edu.az -da qeydiyyatdan keçmiş magistrantlar 22.07.2024-cü il tarixindən 26.07.2024-cü il tarixinədək aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Şəxsiyyət vəsiqəsinin surəti (2 nüsxə)**;
  2. Diplom və diploma əlavənin əsli və surəti(cari il məzunları üçün bakalavriat səviyyəsini bitirmə haqqında arayış)
  3. Çağırışçı şəhadətnaməsi və ya hərbi biletin əsli və surəti;
  4. Tibbi arayış (forma 086);
  5. 8 ədəd 3x4 ölçülü fotoşəkil;
  6. Ödənişli tələbələr üçün ödəniş haqqında qəbzin surəti;
  7. İmtiyazlı magistrantlar üçün imtiyazlı olduğunu təsdiq edən sənədin notarial qaydada təsdiq olunmuş surəti;
  8. Yaşayış yerindən arayış.

Sənədlərin qəbulu 22.07 - 26.07.2024-cü il tarixlərində saat 10:00-dan 15:00-dək Akademiyanın əsas korpusunda aparılacaqdır

Reaksiyanızı bildirin