AZƏRBAYCAN DÖVLƏT DƏNİZ AKADEMİYASININ BAKALAVR PİLLƏSİNƏ QƏBUL OLUNMUŞ ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ!
2022/2023-ci tədris ilində bakalavr pilləsinə qəbul olunmuş abituriyentlər 02.09.2022-ci il tarixindən 12.09.2022-ci il tarixinədək Portal.edu.az ***-***da qeydiyyatdan keçməlidirlər.
Qeydiyyat zamanı aşağıdakı sənədləri portala yükləməlidirlər:
- Attestat;
- İlkin hərbi qeydiyyata alınma haqqında sənəd və ya hərbi bilet (oğlanlar üçün);
- Tələbənin imtiyazını təsdiq edən sənədlər.
Portal.edu.az-da qeydiyyat etməyən şəxslər DİM tərəfindən qəbul olunmamış şəxs kimi hesab ediləcək və barəsində qəbul əmri verilməyəcəkdir*.*
Portal.edu.az-da qeydiyyatdan keçmiş tələbələr 06.09.2022-ci il tarixindən 13.09.2022-ci il tarixinədək (0900÷1600) aşağıdakı sənədləri Akademiyanın əsas tədris binasına təqdim etməlidirlər:
- Şəxsiyyət vəsiqəsinin surəti (2 nüsxə)**;
- Attestatın əsli və surəti;
- Çağırışçı şəhadətnaməsi və ya hərbi biletin əsli və surəti;
- Tibbi arayış (forma 086);
- Narkoloji və psixoloji dispanserdən arayış;
- 8 ədəd 3x4 ölçülü fotoşəkil;
- Ödənişli tələbələr üçün ödəniş haqqında qəbzin surəti*;*
- İmtiyazlı tələbələr üçün imtiyazlı olduğunu təsdiq edən sənədin notarial qaydada təsdiq olunmuş surəti;
- Yaşayış yerindən arayış.
Qeyd: Akademiyada qeydiyyat zamanı tələbələrin geyim forması ölçüləri və yataqxanaya yerləşdirilmə üçün ərizələri götürüləcəkdir.
ƏN ÇOX SORUŞULAN SUALLAR (BAKALAVRİAT SƏVİYYƏSİNƏ QEYDİYYTAT) : YÜKLƏ

