Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün elanlar
Normal

AZƏRBAYCAN DÖVLƏT DƏNİZ AKADEMİYASININ NƏZDİNDƏ AZƏRBAYCAN DƏNİZÇİLİK KOLLECİNƏ QƏBUL OLUNMUŞ ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ!

09 Sentyabr 2022

2022/2023-ci tədris ilində subbakalavr pilləsinə qəbul olunmuş abituriyentlər 12.09.2022-ci il (12.00-dan) tarixindən 21.09.2022-ci il (23.59-dək) tarixinədək ***Portal.edu.az -***da qeydiyyatdan keçməlidirlər.

Qeydiyyat zamanı aşağıdakı sənədləri portala yükləməlidirlər:

  1. İlkin hərbi qeydiyyata alınma haqqında sənəd və ya hərbi bilet (oğlanlar üçün);
  2. Tələbənin imtiyazını təsdiq edən sənədlər.

Portal.edu.az-da qeydiyyat etməyən şəxslər DİM tərəfindən qəbul olunmamış şəxs kimi hesab ediləcək və barəsində qəbul əmri verilməyəcəkdir*.*

Portal.edu.az-da qeydiyyatdan keçmiş tələbələr aşağıdakı adları qeyd olunan sənədləri Kollecin binasına (Cavanşir küçəsi,3, keçid 823) təqdim etməlidirlər:

  1. Şəxsiyyət vəsiqəsinin surəti (2 nüsxə);

  2. Attestatın əsli və surəti;

  3. Ilkin hə**rbi qeydiyyata alı**nma haqq**ında sənəd və ya hərbi biletin əsli və surəti;

  4. Tibbi arayış (forma 086);

  5. Narkoloji və nevroloji dispanserdən arayış;

  6. 4 ədəd 3x4 ölçülü fotoşəkil;

  7. Ödənişli tələbələr üçün ödəniş haqqında qəbzin surəti;

  8. İmtiyazlı tələbələr üçün imtiyazlı olduğunu təsdiq edən sənədin notarial qaydada təsdiq olunmuş surəti.

    Əlaqə nömrəsi: (050) 287-99-14

Reaksiyanızı bildirin