Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün elanlar
Normal

Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbə və magistrantlarının nəzərinə!

14 Aprel 2026

Enterprise Azerbaijan portalı çərçivəsində həyata keçirilən “Startup School 4: Five Continents – 500 Startups” layihəsi ilə bağlı Akademiyada infosessiya təşkil olunacaqdır.

Tarix: 16 aprel 2026

Saat: 11:00

Məkan: Akademiyanın Akt zalı (I korpus)

Tədbir İsa Qasımov tərəfindən keçiriləcəkdir.

Infosessiyada:

* “Startup School 4” proqramı haqqında ətraflı məlumat veriləcək;

* Startapların seçim meyarları və iştirak imkanları izah olunacaq;

* Qlobal mentorluq və investisiya imkanları təqdim ediləcək;

* Tələbələrin sualları cavablandırılacaq.

Qeyd edək ki, proqram “5 qitə – 500 startap” şüarı ilə həyata keçirilir və iştirakçılara beynəlxalq səviyyədə mentorluq, təlim və investisiya imkanları təqdim edir.

İştirak etmək istəyən tələbələr aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər:

https://forms.gle/YnZYXxzf8aGhpj4z9

Reaksiyanızı bildirin